"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Niyə məhz İlham Əliyev? – Tanınmış iş adamının ilginc təhlili

25 Mart 2018 - 08:09
in aktual-banner, Banner, Cebhe-banner, CƏMİYYƏT, MANŞET
FacebookVatsap

Niyə məhz İlham Əliyev? – Tanınmış iş adamının ilginc təhlili

Bunu da oxuyun

Azərbaycan dili və əlifbası günüdür

“Odissey”in kitab satışları 1400 faiz artdı

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

I Hissə

Tarixi-fəlsəfi əsaslar

İnsanlıq tarixi yaranandan hər kəsi bir sual maraqlandırıb: Biz necə idarə edilməliyik?

Sözsüz ki, Yaradanın müqəddəs kitablarında məxluqatın əşrəfi saydığı insan oğlu ən ədalətli şəkildə idarə olunmağa layiqdir. Bu mənada necə bir idarəçilik sistemi ətrafında müzakirələrin peyğəmbərliklə başlayan bəşər tarixin ilk dövrlərinə qədər gedib çıxması təsadüfi deyil. Adəm peyğəmbərin idarəçilik sistemi ilə bağlı düşüncələri, ona endirilmiş ayələrin məzmunu bu günümüzə qədər gəlib çatmadığından ilk insanların necə idarəçiliyə üstünlük verdiyini də bilmirik. Siyasətşünaslıq elmində isə dövlət idarəçiliyi barədə ən dolğun və qədim təsəvvürlər 24 əsr bundan əvvəlki dövrlərə aiddir.

Dördüncü dəfə prezidentlik hüququ və demokratiya

Tarixi sənədlər bizim eradan əvvəl 428-ci ildə anadan olmuş Platonun və onun tələbəsi Aristotelin dövlət və siyasi liderlər barədə mühakimələr yürütdüyünü göstərir. Onlardan əvvəl isə Sokratın bu cür mövzularla bağlı fikir mübadiləsi apardığı məlumdur. İstər Platonun, istərsə də Aristotelin  dövlət və qanunlar barədə xüsusi kitablar qələmə alması da bu barədə elmi müzakirələrin tarixinin çox-çox əvvəlki dövrlərə uzandığını göstərir.

Hər iki filosofun əsərlərini incələdiyimizdə bu gün bir çox Azərbaycan müxaliflərinin hörmətli prezidentimiz İlham Əliyevin 4-cü dəfə namizədliyini irəli sürməsini tənqid edərkən söykəndikləri arqumentin nə qədər çürük olduğunu görə bilərik.

Похожее изображение

Əvvəla, ondan başlayaq ki, İlham Əliyevin xalq arasındakı nüfuzundan çəkinib onunla rəqabətə girməyə cəsarət edə bilməyən müxaliflərin əsas istinad nöqtələri demokratik ölkələrdə prezident seçilmək hüququnun 2 dəfədən artıq verilməməsidir. Mən insan qabiliyyətini məhdudlaşdıran bu prinsipin nə qədər doğru olub-olmadığını bir kənara qoyuram. Bu gün Qərb sivilizasiyasının təməl daşlarını atan klassik yunan filosofları Aristotel və Platon kimi dahilər demokratik idarəçilik sisteminin özünü belə müzakirə mövzusuna çevirmiş və bu dəyərlərin heç də ən ideal siyasi sistem olmadığı qənaətinə gəlmişlər.

İdealist fəlsəfənin ilk müəllimlərindən sayılan Platonun fikrincə, demokratiya həyəcanı əqli qabiliyyətini üstələyən toplumlarda böyük əksəriyyəti aldada bilən dələduzların, yalançıların ön plana çıxmasına və hakimiyyətə gəlməsinə şərait yaratdığı üçün qətiyyən ədalətli və xeyirli sistem deyil. O, “Dövlət” əsərində məhz bu məntiqdən çıxış edərək yazır: “”Yerli-yersiz alınan qərarlardan dövlət daim dalğalandığı üçün vətəndaşlarda ağıl yox, həyəcan hakim olur”.

Dolayısıyla, filosof demək istəyir ki, demokratik ölkələr düşünülmüş qərarlarla deyil, emosiyalarla idarə edilir.

Nə qədər Platonçuluğa qarşı olsa belə, Aristotel də bu məsələdə öz müəllimiylə razılaşır. Onun fikrincə, 6 siyasi idarətmə forması var və bunlardan 3-ü müsbət, digər 3-ü isə mənfi sistemlərdir. Mənfi idarəçilik sisteminə daxil olan anlayışlardan ən yaxşısı isə demokratiyadır.

Похожее изображение

Aristokratizm

Aristotelin insanlara təbliğ etdiyi ən yaxşı sistemə gəlincə, bu, aristokratiyadır. Çünki aristokratlar uşaqlıqdan idarəçilik sirlərinə yiyələndiklərindən, dövləti də kamil yönəldirlər. Onların aldığı təhsil və tərbiyə bu işdə ən böyük dayaqları, istinadgahlarıdır.

Klassik filosofların bu fikirlərini biz cənab Prezident İlham Əliyevin timsalında daha dolğun görə bilirik. Sirr deyil ki, 24 dekabr 1961-ci il tarixində dünyaya gələn prezidentimiz hələ 8 yaşına gəlməmiş dahi rəhbərimiz Heydər Əliyev Azərbaycanı idarə edən birinci şəxsə çevrilmişdir. Aristatelin məntiqiylə məsələyə yanaşsaq, İlham Əliyevin ağlı kəsdiyi gündən atası vasitəsilə dövlət idarəçiliyi təcrübəsinə yiyələndiyi ortadadır. Üstəlik, mərhum Heydər Əliyevin yalnız Azərbaycanı idarə etməklə kifayətlənməməsi, dövrünün ən böyük qlobal siyasi super güclərindən sayılan SSRİ-nin aparıcı şəxslərindən olması, 1974-1979-cu illərdə SSRİ Ali Sovetinin sədr müavini, 1982-ci ildən 1987-ci ilə qədər Sov. İKP Mərkəzi Komitəsinin üzvü seçilməsi və SSRİ Nazirlər Kabinetinin müavini vəzifələrini icra etməsi İlham Əliyevin dünyanı idarə edənlərdən birinin ailəsində böyüməsinə şərait yaratmışdır. Gözünü açandan bəri belə bir ailənin üzvü olmağın qazandırdığı üstünlüklər, sözsüz ki, İlham Əliyevin əvəzsiz siyasi lider kimi ortaya çıxmasında müstəsna rol oynamışdır. Təkcə ölkəmizin deyil, bütün dünyanın ciddi siyasi təcrübəyə malik insanlar tərəfindən idarə edilməsinin zərurətə çevrildiyi indiki zamanda 3 dəfə prezident seçildiyinə görə aristokrat bir ailədən gələn, dünya siyasətinin nəbzində püxtələşən bir şəxsiyyətin seçkilərdən kənarda qalmasını düşünmək  Azərbaycana vurulacaq ən böyük zərbə olardı.

Похожее изображение

Yeri gəlmişkən, bu gün bir çoxlarının əlində rəhbər tutduğu bu prinsipin mübahisəyə açıq olduğunu təkcə antik dövrün filosofları deyil, müasir çağımızdakı demokratik dövlətlərin formalaşmasında və güclənməsində müstəsna qolları olan şəxsiyyətlər də etiraf edirlər. Öz əqli zəkası ilə Böyük Britaniyanı II Dünya müharibəsindən ən az itkiylə çıxaran və ölkəsinin adını qalib dövlətlər siyahısına yazdıran, İngiltərənin indiyədək yetişdirdiyi ən böyük siyasi xadimlərdən olan Uinston Çörçill də demokratiya haqqında dediyi məşhur ifadələrlə Platonun və Aristotelin fikirlərini təsdiqləyir. Söhbət bu fikirlərdən gedir: “Demokratiya ən yaxşı idarəetmə forması deyil, pislərin içərində ən yaxşısıdır”. Çörçillin bu fikirləri Aristotelin “ən pislər arasında ən yaxşı sistem” təsnifatının bir başqa ifadəsi deyilmi?

Böyük dövlətlər niyə pislərin yaxşısını mənimsəyiblər?

Sual oluna bilər: Dövlət rəhbərlərinə bu cür məhdudiyyətlərin gətirilməsi pisdirsə, dünyanın ən böyük və qabaqcıl ölkələri niyə onu özlərinə tətbiq edirlər?

Zənnimizcə, bunun səbəbi həmin dövlətlərin öz dövlətləşmə  prosesini uğurla başa çatdırması, demokratik vərdişlərə yiyələnmiş vətəndaşlar yetişdirməsi və oturuşmuş cəmiyyətlərə sahib olmaları ilə əlaqədardır. Prinsipcə, Aristotel və Platonun əsərlərində də belə cəmiyyətlərə malik dövlətlərdə demokratiyanın ən yaxşı idarəetmə formasına çevrilə biləcəyi etiraf olunur. Çünki oturuşmuş dövlətlərin demokratiya nəticəsində dələduzların, yalançıların əlinə keçməsi ehtimalı sıfıra bərabərdir. Bu cür dövlətlərdə idarəetmə mexanizminin təsadüfən hakimiyyətə gələn cahil komandanın əlinə düşmə şansı yoxdur. Həmin ölkələrin idarə olunmasında iqtidar komandalarından daha çox, dövlət mexanizmləri rol oynayır, məhz bu səbəbdən də bir çox hallarda populist çıxışlarıyla  ictimai rəğbət qazanan qaliblərin seçicilərə verdikləri qeyri-real və ya zərərli vədlər elə vəd olaraq da qalır. Demokratiyanın klassik filosoflar tərəfindən təsbit edilən zərərli təzahürləri isə yalnız bizim kimi hələ inkişafını tamamlamamış dövlətləri müstəmləkəçilərin əsirinə çevirir.

Похожее изображение

Bu mənada təsadüfi deyil ki, Qərb demokratiyasının rəsmi tarixi də çox qədim deyil. Müasir demokratik ənənələrin əsası yüzillər əvvəl qoyulsa da, tədrici inkişaf mərhələsinə üstünlük verildiyindən, demokratiya anlayışı ilk dəfə II Dünya müharibəsi ərəfəsində rəsmi kimlik qazanmışdır. Tədqiqatçıların təsbitinə görə, demokratiya sözü ilk dəfə 1941-ci ildə Rodos adalarının Konstitusiyasına salınmış və II Dünya müharibəsindən sonra yayğınlaşmağa, rəvac qazanmağa başlamışdır.  Bu dövr isə qlobal güclərin dünyanı yenidən bölüşdürdükləri zamana təsadüf edir. Böyük dövlətlərin sənaye inqilabından sonra bu anlayışa üstünlük verməsi artıq öz cəmiyyətlərini qurub tamamlamasıyla bərabər həyata keçirilmişdir.

Ruzvelt niyə 5-cü dəfə prezident seçilmədi?

Hətta II Dünya müharibəsi dövründə ABŞ-ın məşhur prezidenti Franklin D. Ruzvelt ölkə tarixində ilk dəfə 4-cü prezidentlik postunda idi. O, 1945-ci ildə həyatını kreslo üzərində itirməsəydi, bəlkə də 5-ci dəfə də eyni səlahiyyətini davam etdirərdi. Ruzveltin 4 dəfə eyni vəzifəni həyata keçirməsini demokratik dəyərlərə zidd hesab etməyənlərin eyni şansı Azərbaycan prezidentinə çox görmələrini anlamaq mümkün deyil.

Siyasətşünaslar Franklin D. Ruzveltin prezidentlik kürsüsündə 4 dəfə arxa-arxaya oturmasının  səbəbini bir neçə amillə əsaslandırırlar. Əsas amillərdən biri II Dünya müharibəsi ərəfəsində ABŞ-ın reallaşdırmağa çalışdığı hədəflər və ölkə prezidentinin siyasi təcrübələriylə əlaqədardır. Bildiyimiz kimi, ABŞ II Dünya müharibəsinə qatılmış və digər iştirakçılardan fərqli olaraq bu savaşdan ən çox qazancla ilə çıxmışdı.

Əvvəla, iki dəfə dünya müharibələrinə səhnə olan Avropa qitəsi darmadağın dağılmış və dünya üzərindəki hegemonluğunu ABŞ-a buraxmaq ərəfəsində idi. Dünyanın ən böyük gücünə çevrilmək yolunda ABŞ-a isə qətiyyətli addımlar ata biləcək və ciddi siyasi təcrübəyə malik lider lazım idi. Bütün bu kriteriyalara isə Ruzvelt cavab verirdi. Təkcə ona görə yox ki, o, 1932-ci ildən bəri ABŞ-ı idarə edirdi. Həm də ona görə ki, Ruzvelt də İlham Əliyev kimi aristokrat ailədən gəlirdi. O, 1901-ci ildən 1909-ci ilə qədər  ABŞ-ı idarə edən Teodor Ruzveltin qohumu və qardaşı qızının həyat yoldaşı idi. Dolayısıyla dövlət idarəçiliyi qaydalarını hələ gənc yaşlarından mənimsəmişdi.

Nəzərə alsaq ki, ABŞ qurulduğu tarixdən etibarən ilk dəfə ciddi xarici təhlükə qarşısında məhz II Dünya müharibəsi ərəfəsində qalmışdı, Ruzveltın ölkə tarixində 2 dəfədən artıq prezident seçilmək şərəfinə layiq görülməsinin əsl səbəbini anlaya bilərik. Eyni məntiqlə, bir tərəfdən Qarabağ problemi, digər tərəfdən Rusiya və Qərb dövlətlərinin geopolitik mübarizəsinin tam ortasında qalan Azərbaycanın siyasi liderinin niyə məhz İlham Əliyevin əyninə biçildiyini anlaya bilərik.

Картинки по запросу İlham Əliyev

Dünya təcrübəsi və sabit lider

Qeyd edək ki, bu cür kritik vəziyyətlərdə ölkə rəhbərlərinin başqasıyla əvəz edilməməsinə üstünlük verilməsi yalnız ABŞ-a və Azərbaycana da məxsus deyil. Bu gün bizə dövlətləşmə prosesində bələdçilik edən Türkiyə və demokratik dəyərlərini mənimsəməyə çalışdığımız Avropa ölkələri tarixi də bu cür nümunələrlə doludur. Məsələn, I Dünya müharibəsindən məğlubiyyətlə çıxan Osmanlının xarabalıqları üzərində qurulan Türkiyəyə 1920-ci ildən 1938-ci ilə qədər Atatürk rəhbərlik etmişdir. Yaxud bu gün demokratiyasına heyran qaldığımız Avropa ölkələri indiyədək krallıqlarından imina etməyiblər. Çünki demokratikləşmə yoluna tədrici dəyişiklərlə qədəm qoyublar.

Mütəxəssislər İngiltərənin demokratikləşmə prosesini 1215-ci ildə Kral I. Conun imzaladığı “Magna Carta” sənədilə başladığında  həmfikirdirlər. Həmin sənədlə kralın səlahiyyətlərini məhdudlaşdırılır, xalqa bəzi hüquq və azadlıqlar verilirdi: kralın sərhədsiz səlahiyyətlərinə son qoyulur, kimsənin mühakimə olunmadan cəzalandırılmayacağı prinsipi gətirildi. Məhz bu tədrici inkişaf xətti tutan İngiltərə demokratikləşərkən, Aristotel və Platonun proqnozlaşdırdığı yoxoluş taleyini yaşamamış, öz mövcudluğunu da qoruya bilmiş, 800 illik uzun tarix boyunca indiki sistemini formalaşdırmışdır.

Похожее изображение

Uzun və incə bir yol

Ümumiyyətlə, Avropa qitəsinin demokratikləşməsi prosesinin İntibah dövründən başladığı bilinir. Müasir Avropa tarixində demokratik dövlətçiliyin əsası sayılan qüvvələr ayrılığını ilk dəfə Montesqieu (Monteskiyo) ortaya atmışdır (1750).  Konstitusion demokratiyanın ideya əsaslarını isə Jan Jak Russo (Jan Jak Russo) “azadlıq, bərabərlik və qardaşlıq” şüarı əsasında 1762 – 1763-ci illərdə “İctimai Saziş” qavramı ilə irəli sürmüşdü. Qeyd edək ki, bu demokratik anlayışlar Con Lukun 17-ci əsrin sonlarında  yaşamaq və mülkiyyət hüququnu əsas insan azadlıqlarını ehtiva edən prinsiplər kimi irəli sürməsindən 60-70 il sonralara təsadüf edir. Göründüyü kimi, sadəcə fikir və ideya olaraq demokratik anlayışların təşəkkülü üçün Qərb ölkələri uzun bir inkişaf prosesi keçmişdir. Bütün bunlar isə Qərb demokratiyasının tədrici inkişafının dərhal formalaşmadığı, dövlət qurumlarının və iqtisadi infrastruktrurun oturuşduqdan sonra praktiki  mərhələyə qədəm qoyduğu və indiki vəziyyətə gəlməsi üçün uzun yol keçdiyi barədə mülahizələrimizi təsdiqləyir. Heç bir Avropa dövləti tam dövlətləşmə prosesi keçirmədən indiki islahatlara getməyib və gedə də bilməzdi. Əks halda dövlət kimi yox olardı.

Sitat gətirdiyimiz dövlətlər tarixinə nəzər salanda zaman-zaman indiki demokratik dəyərlərdən uzaqlaşma hallarına da rast gəlirik. Bunun ən bariz nümunəsi qardaş Türkiyədir. Demokratik islahatlar ölkənin bəqası üçün təhlükələr yaratdığı anda rəsmi Ankaranın  bəzi sərt tədbirlərə əl atdığını müşahidə edirik. Məhz bu səbəbdən, Türkiyə tarixi dövlət çevrilişləri ilə doludur. Son zamanlar prezident R.T. Ərdoğanın bəzi islahatlarını yenidən gözdən keçirməsi də milli maraqlardan irəli gəlir.

Növbəti sual ortaya ortaya çıxır: İndiki Azərbaycanın qarşı-qarşıya qaldığı problemlər nədir və niyə məhz İlham Əliyev bu problemləri çözə bilər?

(Ardı var)

photo_81568.jpg (14 KB)

Mürvət Həsənli,
“Xəmsə” MMC-nin sahibi

Previous Post

Niyə məhz İlham Əliyev? – Tanınmış iş adamının ilginc təhlili

Next Post

İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

Bənzər yazılar

Azərbaycan dili və əlifbası günüdür

Azərbaycan dili və əlifbası günüdür

01 Avqust 2026 - 00:00

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il...

“Odissey”in kitab satışları 1400 faiz artdı

“Odissey”in kitab satışları 1400 faiz artdı

31 İyul 2026 - 22:39

Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur “Odissey” dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin...

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

31 İyul 2026 - 22:32

2026-cı il FIFA Dünya Kuboku dünyanın ən dəyərli futbolçularının böyük hissəsini bir araya gətirdi. Elchi.az Transfermarkt məlumatları və Yahoo! Sports...

Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

31 İyul 2026 - 22:24

Bakı şəhərində aparılan təmir işləri ilə əlaqədar sabahdan etibarən avqustun 3-dək paytaxtın bir sıra küçə və yollarında nəqliyyat vasitələrinin hərəkətinə...

Next Post
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

İlham Əliyev Vladimir Putinə başsağlığı verdi

Son xəbərlər

Azərbaycan dili və əlifbası günüdür

Azərbaycan dili və əlifbası günüdür

01 Avqust 2026 - 00:00
“Odissey”in kitab satışları 1400 faiz artdı

“Odissey”in kitab satışları 1400 faiz artdı

31 İyul 2026 - 22:39
Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

Dünya Kubokunun ən dəyərli heyətləri hansılardır?

31 İyul 2026 - 22:32
Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

Rekord – Təyyarə 24 saat 24 dəqiqə havada qaldı

31 İyul 2026 - 22:28
Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

Paytaxtın bir çox küçə və yollarında hərəkət məhdudlaşdırılacaq

31 İyul 2026 - 22:24
Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

31 İyul 2026 - 21:53
Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

31 İyul 2026 - 21:49
Ukrayna Prezidenti Türkiyə ilə Azad ticarət barədə sazişin ratifikasiyası haqqında qanunu imzalayıb

Ukrayna Prezidenti Türkiyə ilə Azad ticarət barədə sazişin ratifikasiyası haqqında qanunu imzalayıb

31 İyul 2026 - 21:46
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 - 21:40
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb

31 İyul 2026 - 21:04
Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

31 İyul 2026 - 21:02
Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 227 min manatdan çox ziyan vurulub

Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 227 min manatdan çox ziyan vurulub

31 İyul 2026 - 20:58
CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

31 İyul 2026 - 20:55
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

31 İyul 2026 - 20:53
Milli Məclisin sədri Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq ilə görüşüb

Milli Məclisin sədri Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq ilə görüşüb

31 İyul 2026 - 19:29
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.