Nikaraqua Berlindəki səfirliyini bağlayır

Bildirilib ki, Nikaraqua Berlindəki səfirliyini bağlayıb. Elchi.az xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin saytında yer alan məlumatda Nikaraquanın Berlindəki səfirliyini bağladığı bildirilib. Alman mətbuatında çıxan xəbərlərdə bu ölkənin Almaniyaya qarşı Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırdıqdan sonra səfirliyini bağlamaq qərarına gəldiyi bildirilib. Qeyd olunub ki, Almaniyadan gələn konsulluq prosedurları və digər müraciətlərlə Nikaraquanın Avstriyadakı səfirliyi məşğul olacaq. Xəbərdə Almaniyada təqribən 250, Nikaraquada isə təxminən 1000 Alman vətəndaşının yaşadığı bildirilib. Nikaraqua Almaniyanı İsrailə silah verməklə Qəzza zolağında soyqırıma töhfə verməkdə ittiham edir. Nikaraqua həmçinin Almaniyanın İsrailə silah göndərilməsinin dərhal dayandırılmasını və Birləşmiş Millətlər Təşkilatının Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) vəsaitin bərpasını tələb edir. Şayəstə Hüseynova