Nigeriyalı aşpaz Ginnesin Rekordlar Kitabına düşüb

82

Nigeriyalı aşpaz Hilda Bassey Effiong 100 saat yemək bişirərək Ginnesin Rekordlar Kitabına düşüb.
Elchi.az xəbər verir ki, xalq arasında “Hilda Baci” kimi tanınan 27 yaşlı Effiong mayın 12-i cümə günü ölkənin Laqos şəhərində başladığı yemək marafonunu 100 saat davam etdirərək yeni rekorda imza atıb.

Ginnesin Rekordlar Kitabına daxil edilən Effionq 87 saat 45 dəqiqə bişirməklə hindistanlı aşpaz Lata Tondonun 2019-cu ildə qoyduğu rekordu geridə qoyub.

Nuranə Məmmədova