Nigeriyanın Ebonyi əyalətində başlayan vəba epidemiyası nəticəsində 9 nəfər ölüb.
Elchi.az xəbər verir ki, Nigeriyanın Ebonyi əyalətinin Afikpo bölgəsində vəba epidemiyası aşkarlanıb.
Epidemiya nəticəsində 9 nəfər ölüb, ən azı 30 nəfər xəstəxanaya yerləşdirilib.
Ştat hökuməti epidemiya ilə mübarizə aparmaq üçün tibbi qruplar yaradıb.
Təmiz suyun olmaması
“Vibrio” bakteriyasının törətdiyi qida və su ilə yoluxan vəba xəstəliyi orqanizmdə şiddətli ishal və susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər.
Nigeriyada təmiz suyun olmaması ilə yanaşı, səmərəsiz tibbi müdaxilə xəstəlik və ölüm riskini artırır.
Ölkədə malyariya, poliomielit, tif qızdırma və meymun çiçəyi virusu kimi epidemiyalara da tez-tez rast gəlinir.
Şayəstə