Nigeriyada silahlı şəxslər tərəfindən 63 mülki şəxs qaçırılıb

46

Nigeriyanın Niger əyalətində 63 dinc sakin naməlum silahlı şəxslər tərəfindən qaçırılıb.
Elchi.az Milli mediaya istinadən xəbər verir ki, silahlı şəxslər Nigerin üç kəndinə basqın ediblər.
Basqında Durmin kəndindən 41, Carmiyadan 14 və Pandoqaridən 8 mülki olmaqla ümumilikdə 63 nəfər qaçırılıb.
Şahidlər hücuma məruz qalan kəndlərin ordu qərargahından təxminən 10 kilometr aralıda olduğunu bildiriblər.
Son illərdə artan təhlükəsizlik problemləri səbəbindən Nigeriyada tez-tez mülki şəxslərə qarşı hücumlar həyata keçirilir.

Şayəstə