"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Nifrət panfarsist rejimin sonunu gətirəcək”

08 Aprel 2023 - 11:24
in MANŞET
FacebookVatsap

Qüfrət Həsənquliyev: “İrandakı rejim dini ideologiyaya yox, panfarsizm dünyagörüşünə söykənir”

Bunu da oxuyun

“Çox istəyərdim ki, ya amnistiya, ya da əfvetmə haqqında qərar qəbul olunsun”- Qüdrət Həsənquliyev

“Volkswagen” profilini dəyişir: İstehsal xətlərində raket kompleksləri yer alacaq

“Ay bizimdir!” – Trampdan kosmosu silkələyən bəyanat

Elchi.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini təqdim edir:

– Qüdrət bəy, İran parlamentinin Azərbaycana qarşı qıbul etdiyi qərəzli sənədlə bağlı Milli Məclisin bəyanatını “yumşaq” adlandırdınız. Niyə?

– Çünki Bəyanatda İranın Azərbaycana qarşı düşmənçilik siyasəti yürütməsi, terroru dəstəkləməsi, regional sabitlik üçün təhlükəyə çevrilməsi, dövlət siyasətinin panfarsizm ideologiyasına əsaslanması, xalqlar həbsxanasına çevrilməsi, son bir neçə ayda azadlıq istəyən və iş istəyən 500-dən artıq müsəlman gənci qətlə yetirməsi, işğalçı Ermənistanı dəstəkləməklə Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza həqarət edib onları alçaltması, Kafanda konsulluq açmaqla Zəngəzur dəhlizinin açılmasına və bunla da müsəlmanlar arasında rahat gediş-gəlişə mane olmaq istəyi açıq mətnlə deyilmir.

Orta əsr idarəetməsinə qarşı çıxıb azadlıq istəyn gəncləri qətlə yetirən rejim Fələstində İsrail polisinin zorakılığından danışır. Biz hər cür zorakılığa və terrora qarşıyıq, o cümlədən Əl-Əqsa məscidində aşırı güc tətbiq edən İsrail polisinin zorakılığını qınayırıq. Məsələnin bu tərəfi aydındır. Amma başqa bir məqam da var: Bəs İranda azadlıq istəyən 500-dən çox müsəlman gəncin qətlə yetirilməsini kimin vicdanına yazaq?

Bəyanatda deyilməliydi ki, İrandan fərqli olaraq İsrail işğalçını dəstəkləməyib, sözdə yox, əməldə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, bizə müasir silahlar satıb, diplomatik dəstək verib və biz bunu unuda bilmərik. O da deyilməliydi ki, İran 1992-ci ilin mayında Azərbaycanın dövlət başçısını sülh danışıqları adı altında Tehrana dəvət edib Şuşanın işğalına şərait yaradıb. İranın Şuşanın işğalından sonrakı sükutu buna şübhə yeri qoymayıb. Çünki heç bir özünə hörmət edən dövlət belə bir vəziyyətlə barışa bilməzdi.

– Bizə olan bu düşmənçilik münasibətinin səbəbi nədir?

– Onaları narahat edən Azərbaycanın dünyəvi və müstəqil ölkə olmasıdır. Panfarsistlər müasir və inkişaf edən Azərbaycanın Cənubi Azərbaycanda milli oyanışa səbəb ola biləcəyini düşünürlər. Çalışırlar ki, cənublular bizi problemlər və səfalət içərisində çabalayan bir ölkə kimi görsün. İrandakı rejim dini ideologiyaya yox, panfarsizm dünyagörüşünə söykənir. Problemlər də burdan qaynaqlanır. Rejim türklərə, İranda yaşayan digər xalqlara nifrət edir. Amma bu nifrət rejimin sonunu gətirəcək. Biz farslara yox, fars sovinizminə qarşıyıq. İrandakı rejim ölkənin bütövlüyünü qorumaq istəyirsə digər xalqlara hörmət etməli, onlar barəsində aşağılayıcı lətifələr qoşub fars olmayanların milli heysiyyatına toxunmamalı, onlara öz dillərində yazıb-oxumağa, mədəniyyətlərini inkişaf etdirməyə imkan yaratmalıdır. Başqa xalqları əsarət altında saxlamaq üçün öz millətini – farsları da adi insani hüquqlardan məhrum etməməlidir.

Biz İranla həmişə yaxın qonşuluq münasibətləri qurmaqda və sıx əməkdaşlıqda maraqlı olmuşuq, bu gün də maraqlıyıq. Həmişə bəyan etmişik ki, bizim başqa dövlətlərlə əməkdaşlığımız İrana qarşı yönəlməyib, biz heç vaxt öz ərazimizdən İrana qarşı istifadə olunmasına yol verməyəcəyik. Biz İranın daxili işlərinə qarışmamışıq, seperatizmi dəstəkləməmişik. Amma çadraya bürünmüş panfarsistlərin bizə münasibətdə yürütdüyü düşmənçilik siyasəti yaxın qonşu və dost ölkələr olmağımıza imkan vermir. İran yanlış olaraq düşünür ki, Azərbaycanla düşmənçilik onların maraqlarına cavab verir. Yaranmış gərginliyə və münasibətlərin korlanmasına görə bütün məsuliyyət İranın üzərinə düşür. İran münasibətlərin normal məcraya düşməsini istəyirsə Azərbaycana yönəlik düşmənçilik siyasətinə son qoymalı, işğalçını və seperatizmi dəstəkləməməli, Zəngəzur dəhlizinin açılmasına mane olmamalıdır.

Previous Post

“Nifrət panfarsist rejimin sonunu gətirəcək”

Next Post

Qaribaşvilinin Azərbaycana səfəri başa çatdı

Bənzər yazılar

“Çox istəyərdim ki, ya amnistiya, ya da əfvetmə haqqında qərar qəbul olunsun”- Qüdrət Həsənquliyev

“Çox istəyərdim ki, ya amnistiya, ya da əfvetmə haqqında qərar qəbul olunsun”- Qüdrət Həsənquliyev

08 Sentyabr 2026 - 10:52

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Xalqcəbhəsi.az-ın suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: - Qüdrət bəy,...

“Volkswagen” profilini dəyişir: İstehsal xətlərində raket kompleksləri yer alacaq

“Volkswagen” profilini dəyişir: İstehsal xətlərində raket kompleksləri yer alacaq

07 Sentyabr 2026 - 18:17

Almaniyanın Osnabrük şəhərindəki "Volkswagen" zavodunun müdafiə sənayesi istehsalat sahəsinə çevrilməsi planlaşdırılır. Elchi.az "Deutschlandfunk"a istinadən xəbər verir ki, "Volkswagen" müəssisəni Aşağı...

“Ay bizimdir!” – Trampdan kosmosu silkələyən bəyanat

“Ay bizimdir!” – Trampdan kosmosu silkələyən bəyanat

07 Sentyabr 2026 - 15:00

ABŞ Prezidenti Donald Tramp Ayı öz ölkəsinin mülkiyyəti elan edib. Elchi.az xəbər verir ki, o, bu barədə "Truth Social" hesabında...

Üzdəki bu əlamət infarkt və insult riskinə işarə edir

Üzdəki bu əlamət infarkt və insult riskinə işarə edir

07 Sentyabr 2026 - 10:35

*Ateroskleroz* jurnalında dərc olunan yeni bir araşdırma, göz ətrafında görünən solğun, qabarıq sarı ləkələrin (ksantelazma) ürək tutması, insult və keçici...

Next Post
Qaribaşvilinin Azərbaycana səfəri başa çatdı

Qaribaşvilinin Azərbaycana səfəri başa çatdı

Qaribaşvilinin Azərbaycana səfəri başa çatdı

Qaribaşvilinin Azərbaycana səfəri başa çatdı

Son xəbərlər

Vətən müharibəsindən sonra 438 nəfər minaya düşüb

Vətən müharibəsindən sonra 438 nəfər minaya düşüb

08 Sentyabr 2026 - 13:09
Aİ Qrenlandiyaya 200 milyon avro sərmayə qoyur

Aİ Qrenlandiyaya 200 milyon avro sərmayə qoyur

08 Sentyabr 2026 - 13:00
AFFA 4 klubu cərimələdi

AFFA 4 klubu cərimələdi

08 Sentyabr 2026 - 12:51
YAP-ın VIII Qurultayına hazırlıq başlayıb

YAP-ın VIII Qurultayına hazırlıq başlayıb

08 Sentyabr 2026 - 12:45
Sabah bəzi yerlərdə leysan yağacaq, şimşək çaxacaq

Sabah bəzi yerlərdə leysan yağacaq, şimşək çaxacaq

08 Sentyabr 2026 - 12:37
Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb

Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb

08 Sentyabr 2026 - 12:26
Emin Əmrullayev təbiət elmlərinin məzmununa və tədrisinə yenidən baxmağa çağırıb

Emin Əmrullayev təbiət elmlərinin məzmununa və tədrisinə yenidən baxmağa çağırıb

08 Sentyabr 2026 - 12:25
ÇL: “Qalatasaray”da Osimhenin yerinə o meydana çıxacaq

ÇL: “Qalatasaray”da Osimhenin yerinə o meydana çıxacaq

08 Sentyabr 2026 - 12:13
Husilər Səudiyyə Ərəbistanının 4 şəhərini vurdu: 73 yaralı

Husilər Səudiyyə Ərəbistanının 4 şəhərini vurdu: 73 yaralı

08 Sentyabr 2026 - 12:05
Azərbaycanda sel-daşqın hadisələrinin sayı 10-15 dəfə artıb

Azərbaycanda sel-daşqın hadisələrinin sayı 10-15 dəfə artıb

08 Sentyabr 2026 - 11:57
Azərbaycanda iqlim stansiyalarının sayı 181-ə çatdırılacaq

Azərbaycanda iqlim stansiyalarının sayı 181-ə çatdırılacaq

08 Sentyabr 2026 - 11:48
ANAMA sədri: Minatəmizləmə əməliyyatları zamanı ərazilər dronlarla daha dəqiq tədqiq olunur

ANAMA sədri: Minatəmizləmə əməliyyatları zamanı ərazilər dronlarla daha dəqiq tədqiq olunur

08 Sentyabr 2026 - 11:40
Umayra Tağıyeva: Son onillikdə ekstremal iqlim hadisələri daha da şiddətlənib

Umayra Tağıyeva: Son onillikdə ekstremal iqlim hadisələri daha da şiddətlənib

08 Sentyabr 2026 - 11:31
Quldurlar yenidən ortaya çıxmağa başlayıb

Quldurlar yenidən ortaya çıxmağa başlayıb

08 Sentyabr 2026 - 11:24
Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

08 Sentyabr 2026 - 11:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.