Netflix, Böyük Britaniya və ABŞ da daxil olmaqla, böyük bazarlarda parol mübadiləsi ilə bağlı uzun müddətdir vəd etdiyi mübarizəyə başlayıb.
Elchi.az xəbər verir ki, hesab paylaşma mövzusunda ABŞ-a təzyiq etməyə hazırlaşan Netlix, parol paylaşan ABŞ müştəriləri üçün yaratdığı yeni məlumat planını açıqlayıb.
Buna görə Netflix, istifadəçilərin ayda əlavə 8 dollara hesab məlumatlarını paylaşa biləcəklərini açıqlayıb.
Böyük Britaniyada bu ödəniş 5 funt sterlinq olaraq müəyyən edilib.
Nuranə Məmmədova