"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Netanyahunun Heydər Əliyevdən ən böyük istəyi…”

21 Aprel 2015 - 17:21
in CƏMİYYƏT, SİYASƏT MANŞET
FacebookVatsap

mййййй“Netanyahunun Heydər Əliyevdən ən böyük istəyi Azərbaycanın İsraildə səfirlik açması idi”.

Axar.az xəbər verir ki, bu haqda Azərbaycanın İsraildə səfirliyinin açılmasının vacibliyinə toxunarkən politoloq Elxan Şahinoğlu açıqlama verib. O, iki ölkə arasındakı münasibətlərin yaxınlığına diqqət çəkib:

Bunu da oxuyun

Sumqayıtda Energetiklər Günü qeyd olundu – FOTO

Мüşfiqabadda yol təmirinə görə hərəkət məhdudlaşdırılacaq

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək – CƏDVƏL

 

“İsrailin Baş naziri Benyamin Netanyahu 1997-ci ildə Cənubi Koreya səfərindən geri qayıdarkən onun təyyarəsi Bakıya endi. Bu, İsrailin hər hansı dövlət xadiminin Azərbaycana ilk səfəri idi. Səfər cəmi bir neçə saat çəkdi. Ancaq bu bir neçə saat kifayət etdi ki, mərhum dövlət başçısı Heydər Əliyev Benyamin Netanyahu ilə iki ölkə arasındakı münasibətlərin perspektivini geniş müzakirə etsin. Netanyahunun Heydər Əliyevdən ən böyük istəyi Azərbaycanın İsraildə səfirlik açması idi. Heydər Əliyev bu məsələnin yoluna qoyulması üçün müəyyən zamana ehtiyacı olduğunu bildirdi. Bu səfərdən sonra İsrailin prezidenti və Xarici İşlər naziri dəfələrlə Azərbaycana səfər ediblər. Hazırda rəsmilər arasında sıx dialoq mövcuddur. İki ölkə arasındakı münasibətlər strateji əhəmiyyət daşıyır. Torpaqları işğal altında olan Azərbaycan Qərbdən ala bilmədiyi müasir silahların bir qismini İsraildən alır. Bunun əvəzində Azərbaycan Türkiyənin Ceyhan limanı üzərindən İsrailə neft satır. Azərbaycan nefti İsrailin tələbatının təxminən 40 faizini ödəyir.

 

İsraildə güclü azərbaycanlı lobbi var. Onlar vaxtilə Azərbaycandan İsrailə köçən yəhudilərdir. Yerli hakimiyyət bu lobbi ilə hesablaşır. Azərbaycan lobbisinin keçirdiyi tədbirlərə İsrail rəsmiləri qatılırlar. ABŞ-dakı güclü yəhudi lobbisi də Azərbaycanla strateji əməkdaşlığı dəstəkləyir. Bu dəstək İsrail-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasına görədir”.

 

Politoloq səfirlik məsələsinin  qarşısında duran iki mühüm səbəbə aydınlıq gətirib:

 

“İsrail-Azərbaycan münasibətlərinin hazırkı durumundan hər iki tərəf razıdır. Bu münasibətlərin tamlığına sadəcə, Azərbaycanın İsraildə səfirliyinin yoxluğu mane olur. Rəsmi Bakı iki amilə görə İsraildə səfirlik açmağa ehtiyat edir. Birinci amil İran, ikinci amil isə ərəb dünyasıdır. Hazırda bu iki amilin İsraillə əməkdaşlığa görə rəsmi Bakıya təzyiq etmək imkanı və ya istəyi yoxdur. İran nüvə məsələsinin həllində ABŞ-la anlaşmaya yaxındır. Böyük ehtimalla iyunun 30-da tərəflər arasında sənəd imzalanacaq. Bu isə İranın Qərblə əməkdaşlığına yaşıl işıq yandıracaq. İranın daxilində də ABŞ və Avropa Birliyi ilə əməkdaşlığın başlanmasına hazırlıq gedir. Belə olan halda Tehranın Azərbaycanın İsraildə səfirlik açmasına etirazı məntiqdən kənar səslənər. Çünki əgər İran özü Qərblə əməkdaşlığa başlayacaqsa və yaxın gələcəkdə hətta ABŞ-ın Tehranda səfirliyinin yenidən fəaliyyəti müzakirəyə çıxarılacaqsa, Tehran oxşar addımı Azərbaycana atmağa mane ola bilməz. Rusiya və Ermənistan İranın bölgədə iki strateji tərəfdaşıdır və Moskva və İrəvanın İsraildə səfirlikləri var. Belə olan halda Tehran Bakıya niyə İsraildə səfirlik açmağa mane olmalıdır?”

 

E.Şahinoğlunun sözlərinə görə, İran və ərəb dünyası faktoru Azərbaycana İsraildə səfirlik açmağa mane olmayacaq:

 

“Ərəb dünyası ilə Azərbaycan arasında sıx əlaqələr var. Azərbaycan Prezidenti İlham Əliyev bu ay ərəb dünyasının liderliyinə iddialı olan Səudiyyə Ərəbistanına rəsmi səfər etdi. Səudiyyə Ərəbistanı Yəməndəki savaşa müdaxilə edib. Çünki Ər-Riyad İranın bölgədəki rolunun artmasından narahatdır. Səudiyyə Ərəbistanı Yəmən üzərindən İranın bölgədəki maraqlarını sıxışdırmağa çalışır. Bu mübarizədə Səudiyyə Ərəbistanının ABŞ-ın dəstəyinə ehtiyacı var. Ər-Riyadın bu istiqamətdəki fəallığı İsrailin də maraqlarına xidmət edir. Ümumiyyətlə, Səudiyyə Ərəbistanının Misirin yeni hakimiyyətinə dəstəyi, Suriya, İraq və Yəmənlə bağlı mövqeyi İsrailin mövqeyi ilə çox da kəsişmir. Demək, Azərbaycanın İsraildə səfirlik açması faktına bölgənin əsas ərəb oyunçusu Səudiyyə Ərəbistanı da mənfi yanaşmayacaq.

 

Beləliklə, həm İran, həm də ərəb dünyası faktoru Azərbaycana İsraildə səfirlik açmağa mane olmayacaq. İyunun 30-da 5+1 formatında İranla saziş imzalanarsa, rəsmi Bakı 2015-ci il ərzində İsraildə səfirlik açmaq üçün münbit geosiyasi şərait əldə edəcək”.

 

Politoloq bildirib ki, bu səfirliyin açılması Azərbaycanın milli və təhlükəsizlik məsələlərində heç kimdən asılı olmadığını göstərəcək:

 

“İsrail hökuməti səfirliyin açılması məsələsində rəsmi Bakını tələsdirmir. Buna baxmayaraq, səfirliyinin açılmasının ləngidilməsi belə bir təsəvvür formalaşdırır ki, Azərbaycan əvvəlki kimi kənar təzyiqlərdən ehtiyat edir. Halbuki, Azərbaycan hakimiyyəti heç bir dövlətin təsiri altında olmadığını, xarici siyasətdə milli və təhlükəsizlik maraqlarından çıxış etdiyini vurğulayır. Bu baxımdam rəsmi Bakının İsraildə səfirlik açması Azərbaycanın milli və təhlükəsizlik məsələlərində heç kimdən asılı olmadığını göstərəcək”.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Previous Post

“Netanyahunun Heydər Əliyevdən ən böyük istəyi…”

Next Post

“İlham Əliyev Putinin təklifini qəbul etdi” – Prezidentin köməkçisi

Bənzər yazılar

Sumqayıtda Energetiklər Günü qeyd olundu – FOTO

Sumqayıtda Energetiklər Günü qeyd olundu – FOTO

20 Oktyabr 2026 - 17:47

Sumqayıt şəhərində 20 Oktyabr – Energetiklər Günü münasibətilə tədbir keçirilib. Elchi.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər...

Мüşfiqabadda yol təmirinə görə hərəkət məhdudlaşdırılacaq

Мüşfiqabadda yol təmirinə görə hərəkət məhdudlaşdırılacaq

20 Oktyabr 2026 - 17:15

Oktyabrın 21-də saat 08:00-dan etibarən Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yolun bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Elchi.az xəbər...

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək – CƏDVƏL

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək – CƏDVƏL

20 Oktyabr 2026 - 16:37

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) oktyabrın 24-ü və 25-də artan sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri...

Kartla ödəniş üçün ən azı 1 manatlıq alış etməlisiniz? – RƏSMİ

Kartla ödəniş üçün ən azı 1 manatlıq alış etməlisiniz? – RƏSMİ

20 Oktyabr 2026 - 15:16

Bakıda bəzi ticarət obyektlərində, xüsusilə köşklərdə kartla ödəniş üçün minimum alış məbləği tələb olunur. Qiyməti 50 və ya 80 qəpik...

Next Post

"İlham Əliyev Putinin təklifini qəbul etdi" - Prezidentin köməkçisi

"İlham Əliyev Putinin təklifini qəbul etdi" - Prezidentin köməkçisi

Son xəbərlər

“Qarabağ” və “Neftçi” cərimə edildi

“Qarabağ” və “Neftçi” cərimə edildi

20 Oktyabr 2026 - 19:26
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

20 Oktyabr 2026 - 19:05
Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

20 Oktyabr 2026 - 18:46
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

20 Oktyabr 2026 - 18:34
Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

20 Oktyabr 2026 - 18:21
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

20 Oktyabr 2026 - 18:14
“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

20 Oktyabr 2026 - 17:59
Sumqayıtda Energetiklər Günü qeyd olundu – FOTO

Sumqayıtda Energetiklər Günü qeyd olundu – FOTO

20 Oktyabr 2026 - 17:47
“Sabah”ın U19 komandası “Borussiya”ya məğlub oldu

“Sabah”ın U19 komandası “Borussiya”ya məğlub oldu

20 Oktyabr 2026 - 17:41
Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

20 Oktyabr 2026 - 17:35
Nikol Paşinyanın Brüssel səfəri planlaşdırılır

Nikol Paşinyanın Brüssel səfəri planlaşdırılır

20 Oktyabr 2026 - 17:28
Мüşfiqabadda yol təmirinə görə hərəkət məhdudlaşdırılacaq

Мüşfiqabadda yol təmirinə görə hərəkət məhdudlaşdırılacaq

20 Oktyabr 2026 - 17:15
Ukraynada ərzaq məhsulları bahalaşacaq

Ukraynada ərzaq məhsulları bahalaşacaq

20 Oktyabr 2026 - 17:06
“AzerGold” və Asiya İnkişaf Bankı əməkdaşlıq imkanlarını müzakirə edib

“AzerGold” və Asiya İnkişaf Bankı əməkdaşlıq imkanlarını müzakirə edib

20 Oktyabr 2026 - 16:57
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə ne-vaza üzrə ACF Kuboku keçiriləcək

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə ne-vaza üzrə ACF Kuboku keçiriləcək

20 Oktyabr 2026 - 16:51
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.