İsrail Baş naziri Benyamin Netanyahu Hizbullahın hakimiyyəti bərpa etməsinə icazə verməyəcəklərini söylədi. Baş nazir atəşkəsə baxmayaraq Livana hücumları davam etdirməklə bağlı təhdidini davam etdirdi.
Elchi.az xəbər verir ki, Baş nazir Netanyahu dünən Beyruta edilən hücumla bağlı verdiyi açıqlamada Hizbullahın hərbi qanad lideri Heytəm Əli Təbatəbaini öldürdüklərini söylədi.
Hizbullahın “hakimiyyəti bərpa etməsinə” icazə verməyəcəklərini bildirən Netanyahu Livana hücumları davam etdirməklə bağlı təhdidini təkrarladı.
Netanyahu həmçinin Livan hökumətinin Hizbullahı tərksilah etmək öhdəliyini yerinə yetirmədiyini iddia etdi.
Hizbullahın açıqlamasında Təbatəbainin İsrail ordusunun hücumunda öldüyü təsdiqləndi.
İsrail ordusunun bazar günü atəşkəsi pozaraq Livanın paytaxtı Beyrutun Dahiye rayonuna hava hücumu etməsi nəticəsində beş nəfər həlak olub, 28 nəfər yaralanıb.
Şayəstə





















