İsrail Baş naziri Binyamin Netanyahunun Qəzza Zolağını yardımla təmin etməyi hədəfləyən Qlobal Sumud Donanmasını dayandırmaq və “ələ keçirmək” üçün İsrail ordusuna səlahiyyət verəcəyi açıqlanıb.
Elchi.az xəbər verir ki, İsrail dövlət televiziyası KAN-da yayımlanan məlumata görə, Netanyahu bu gün təhlükəsizlik iclası keçirəcək.
İclasda Qlobal Sumud Donanmasına hücum etmək və “ələ keçirmək” planları müzakirə olunacaq.
Qeyd olunub ki, Netanyahu blokadanı pozmaq və Qəzzaya yardım çatdırmaq məqsədi daşıyan Qlobal Sumud Donanmasına hücum etmək və onu ələ keçirmək üçün orduya səlahiyyət verəcək.
Hesabatda İsrailin blokadanın pozulmasına “icazə verməyəcəyi” və Sumud Donanmasına hücumun “yaxın saatlarda” baş verəcəyi bildirilir.
Digər tərəfdən, İsrail Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında Tel-Əviv administrasiyasının Qəzzaya tətbiq edilən qanunsuz dəniz blokadasının pozulmasına “icazə verməyəcəyi” bildirilib.
Bəyanatda Qlobal Sumud Donanmasında iştirak edənlərdən marşrutlarını dəyişdirmələri və geri qayıtmaları tələb olunub.
Şayəstə





















