İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında israilli girovların azad edilməsinə şəxsən cavabdeh olduğunu açıqlayıb.
Elchi.az bu barədə BBC.com-a istinadən xəbər verir.
Bu barədə siyasətçinin Teleqram kanalında məlumat verilib.
“Hərbi kabinetin üzvləri ilə bərabər qaçırılanların ailələri ilə görüşdüm. İsrailli girovlar hər zaman ürəyimdədir və onların qayıdışı mənim üçün əlamətdar hadisədir. Oğurlananlarımızın geri qaytarılması ən yüksək prioritetdir və mən buna tam sadiqəm”, – deyə Netanyahu bildirib.
Netanyahu dar çərçivəli hərbi əməliyyatlar kabinetinin üzvləri ilə qaçırılan israillilərin qohumları arasında İsrail Müdafiə Nazirliyinin qərargahında keçirilən görüşün nəticələrini şərh edib. İsrailin baş naziri qeyd edib ki, girovların qohumları ilə ünsiyyətdə olarkən onlara vəziyyəti danışıb və bəzi kəşfiyyat məlumatlarını ötürüb.
Yeganə