Çıxış hakim partiyadaxili parçalanma səbəbindən təxirə salınıb.
Elchi.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu məhkəmə islahatlarının səbəb olduğu görünməmiş etirazlar fonunda xalqa müraciət etməyə hazırlaşır. Bu barədə yerli “The Times of Israel” nəşri yazıb.
Bundan əvvəl xəbər verilmişdi ki, İsrail hökumətinin başçısı bazar ertəsi, martın 27-də səhər xalqa müraciət edərək məhkəmə islahatlarının dayandırıldığını elan etsə də, hakim koalisiya daxilində parçalanmaya görə çıxışını təxirə salmağa məcbur olub.
Bildirilib ki, milli təhlükəsizlik naziri və İsrailin ifrat sağçı Otzma Yehudit partiyasının lideri İtamar Ben-Qvir islahat ləğv edildikdən sonra istefa verib və koalisiyadan çıxdığını bəyan edib. Ədliyyə naziri Yariv Levin də məhkəmə sistemində islahatların ləğv olunacağı təqdirdə vəzifəsini tərk etmək niyyətində olduğunu bildirib.
Şayəstə