"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT MANŞET

Neft yaxın 2-3 ildə bahalaşmayacaq: Azərbaycanı hansı günlər gözləyir?

25 Yanvar 2015 - 17:12
in İQTİSADİYYAT MANŞET
FacebookVatsap

Ekspertlər çıxış yollarını göstərirlər: “Dövlət büdcəsini doldurmaq üçün hökumətin iki yolu var…”img1731302

Bunu da oxuyun

Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı gücləndirmək imkanları müzakirə edilib

Malayziya şirkətləri Azərbaycana investisiya qoymağa dəvət edilib

Dünya bazarında neftin qiyməti ilə bağlı bədbin proqnozlar davam etməkdədir. Neftin qiymətinin qəflətən və cüzi artımı müvəqqətidir, yəni yenidən ucuzlaşma baş verəcək. Ucuzlaşmanın isə uzunmüddətli olacağı proqnozlaşdırılır.
Maraqlıdır ki, beynəlxalq ekspertlər neftin qiymətinin uzun müddət aşağı olacağını bildirsələr də, Azərbaycan hökumətinin rəsmiləri nikbin proqnozlar verirlər.
Bp şirkətinin baş icraçı direktoru Robert Dadli Davos forumunda qeyri-rəsmi çıxışı zamanı bildirib ki, neftin qiymətinin 2-3 il ərzində bu səviyyədə qalacağı şübhəsizdir. O, yaxın illərdə neftin qiymətində əhəmiyyətli artım olmayacağını vurğulayıb.
R.Dadli qeyd edib ki, növbəti bir neçə ildə bir barrel neft üçün 50-60 dollar qiymət proqnozlaşdırır. Azərbaycanın Neft Fondunun icraçı direktoru Şahmar Mövsumov isə Davosda bildirib ki, neftin qiymətinin 2015-ci ildə artacağına inanır. O, həmçinin qeyd edib ki, bu il Neft Fondunun qiymət azalmasından itkiləri təxminən 3 milyard dollar olacaq.
Yerli ekspertlər isə bildirirlər ki, rəsmilərin nikbin proqnozları özünü doğrultmayacaq və bu, daha çox daxili auditoriya üçün hesablanmış mesajlardır.
Ekspert Qubad İbadoğlunun sözlərinə görə, rəsmilər indiki vəziyyətlə fəaliyyət göstərməmək mövqeyində olduğu üçün bu cür nikbin proqnozlar verirlər: “Düşünürlər ki, bu cür fikirlər əvvəllər özünü doğruldub və yenə də doğruldacaq. Neftin qiymətlərində bir mövuzə baş verəcək, bahalaşma olacaq, Azərbaycanın gəlirləri artacaq və hər şey həmişə olduğu kimi davam edəcək. Amma bu günlərdə dövlət başçısı İlham Əliyevin Davos forumunda bir müzakirədəki çıxışını dinlədim. Orada Azərbaycanın qarşılaşdığı problemlərlə bağlı bir panel idi. İlham Əliyev yeni çətinliklərdən biri kimi dünyada neftin qiymətinin ucuzlaşmasını qeyd etdi. Mən düşünürəm ki, onlar daxili auditoriyada bir fikir, xarici auditoriyada başqa bir fikir söyləyirlər. Əslində daxildə söylənənlər bu proseslərlə bağlı müəyyən arxayınçılıq yaratmaq kimi gözləntilər üçündür. Amma əslində proseslər onu göstərir ki, dünya bazarında neftin ötən il və ondan əvvəlki illərdə olduğu kimi, yüksək qiymətini gözləməyə dəyməz. Qısa zamanda bununla bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Hökumət əvvəlki kimi arxayınlaşmalı deyil. Çünki situasiya əvvəlkindən fərqlənir. Yeni situasiya yaranıb və yeni şərtlərlə hesablaşmaq lazımdır. Xüsusilə də, makroiqtisadi şokların qarşısını almaq üçün hökumət hərəkətə keçməlidir. Hökumət bir neçə ay belə fəaliyyətsiz qalsa, ölkədə ciddi makroiqtisadi şoklar yaşaya bilərik”.
Ekspert Natiq Cəfərli isə Bp-nin icraçı direktoru ilə Azərbaycan Neft Fondunun icraçı direktorunun fikirləri arasındakı təzada diqqət çəkir: “Bp-nin prezidenti deyir ki, neftin qiyməti yaxın 2-3 ildə aşağı olacaq. Bizim Neft Fondunun prezidenti isə deyir ki, neftin qiyməti bu ilin ortasında qalxacaq. Bp-nin illik dövriyyəsi 300 milyard dollara yaxındır. Neft Fondunun 16 ildə yığdığı vəsait 30 milyard dollardır. Bp dünyanın 30 ölkəsində neft-qaz çıxarır, Neft Fondu hələlik 3 ölkədə daşınmaz əmlak alıb, Rusiyada aldığı da artıq 2 dəfə dəyərdən düşüb. Bp-nin prezidentinin maaş və bonusları ildə 20 milyon dollara yaxındır. Neft Fondunun prezidentinin maaşı 2 min manatdır. Buradan da belə nəticə çıxartmaq olar ki, Bp-nin prezidenti reallıqdan, Neft Fondunun prezidenti isə arzulardan danışır…”
İqtisadçı Samir Əliyev isə qeyd edir ki, neftin dünya bazarlarındakı qiyməti indiki səviyyədə qalarsa, 2015-ci ilin dövlət büdcəsini doldurmaq üçün hökumətin 2 yolu qalacaq: “Milli valyuta olan manatı 30-40 faiz ucuzlaşdırmaq, yəni devalvasiya etmək və bununla da azalmış neft gəlirlərini kompensasiya etmək…
İkincisi isə, Neft Fondunun xaricdəki aktivlərinə müraciət edərək, onların bir hissəsini, təxminən 3-5 milyard manatı ölkəyə gətirmək…
Böyük ehtimalla 2-ci variant seçiləcək. Amma müəyyən zaman kəsiyində 1-ci variant da nəzərdən keçirilə bilər.
Üçüncü variant neftin bahalaşaraq, 90-100 dollar həddinə çatmasıdır ki, bu isə yaxın illərdə mümkün olmayacaq. Hər halda beynəlxalq proqnozlar bunu göstərir”.
Ekspert Rövşən Ağayevin sözlərinə görə isə, 2014-cü il Azərbaycana böyük neft pullarının daxil olduğu sonuncu il ola bilər: “2005-ci ildə BTC-dən böyük neft ixracının başlanması ilə startı verilən böyük neft gəlirlərinin axınının “qızıl dövrü”nün davam edib-etməyəcəyi neftin qiymətindən asılı olacaq. Əgər neftin qiymətinin eniş dövrünün uzunmüddətli, ən azından qarşıdakı 3-4 il olması ilə bağlı proqnozlar özünü doğrultsa, 2014-cü il Azərbaycana böyük neft pullarının daxil olduğu sonuncu il ola bilər. Bu baxımdan, son 10 ildə hökumətin neft gəlirlərinin statistikası ən azından tarixi baxımdan maraqlı görünür. 2005-2014-cü illərdə Dövlət Neft Fondu və dövlət büdcəsi vasitəsilə hökumətin neft gəlirləri 117 milyard manat, indiki məzənnə ilə 149 milyard dollar təşkil edib. Bu gəlirlərin 91,2 milyard manatı Neft Fondu vasitəsilə əldə olunub. Yerdə qalan 25,8 milyard manatın 12,4 milyard manatı SOCAR-ın, 11,6 milyard manatı mənfəət vergisi üzrə xarici neft konsorsiumunun, 1,8 milyard manatı isə neft müqavilələri üzrə işləyən podratçı xarici şirkətlərin gəlir, subpodartçı xarici şirkətlərin isə mənfəət və gəlir vergisinin payına düşür”.
Ekspert qeyd edib ki, 2005-2014-cü illərdə dövlət büdcəsinin gəlirləri 111,3 milyard manat olub: “Bu vəsaitin 81,3 milyard manatını və ya 73,3 faizini neft gəlirləri təşkil edib. Dövlət büdcəsinə 10 il ərzində 55,5 milyard manat Neft Fondundan transfert edilib. Neft sektorunun vergiləri isə 25,8 milyard olub.
Neft Fonduna daxil olan 91,2 milyard manatın isə 61,3 milyard manatı, yəni 67,2 faizi xərclənib, 29,9 milyard manatı yığıma yönəldilib. Fondun xərclənən vəsaitlərinin 55,5 milyard manatı dövlət büdcəsi, 5,8 milyard manatı isə Fondun özü vasitəsilə istifadə olunub”.
Qeyd edək ki, dünya bazarında neftin qiyməti 2014-cü ilin iyunundan başlayaraq, 60 faiz ucuzlaşıb. (Musavat.com)
Previous Post

Neft yaxın 2-3 ildə bahalaşmayacaq: Azərbaycanı hansı günlər gözləyir?

Next Post

Qadınların parlamentdə davası – VİDEO

Bənzər yazılar

Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

20 İyul 2026 - 23:47

Gürcüstan və Azərbaycan beynəlxalq avtomobil yükdaşımaları üçün elektron icazələrin verilməsi və mübadiləsi prosesinə başlayıb. Elchi.az -ın məlumatına görə bu barədə...

Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı gücləndirmək imkanları müzakirə edilib

Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı gücləndirmək imkanları müzakirə edilib

17 İyun 2026 - 23:19

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Uqanda İnkişaf Bankının...

Malayziya şirkətləri Azərbaycana investisiya qoymağa dəvət edilib

Malayziya şirkətləri Azərbaycana investisiya qoymağa dəvət edilib

25 Fevral 2026 - 22:07

Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov bu ölkənin investisiya, ticarət və sənaye naziri Johari Abdul Qani ilə görüşüb. Səfirlikdən Elchi.az -...

ABŞ 1 milyard dollardan çox dəyərində Venesuela nefti satıb

ABŞ 1 milyard dollardan çox dəyərində Venesuela nefti satıb

12 Fevral 2026 - 19:54

ABŞ 1 milyard dollardan çox dəyərində Venesuela nefti satıb. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt...

Next Post

Qadınların parlamentdə davası - VİDEO

Qadınların parlamentdə davası - VİDEO

Son xəbərlər

Bakı nefti 113 dolları ötdü

Azərbaycan nefti 96 dollara satılır

28 İyul 2026 - 09:46
Əmtəə bazarlarında qızıl ucuzlaşır

Qızıl və gümüş ucuzlaşıb

28 İyul 2026 - 09:35
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

28 İyul 2026 - 09:27
Çempionlar Liqası: “Sabah” Finlandiyada həlledici oyuna çıxır

Çempionlar Liqası: “Sabah” Finlandiyada həlledici oyuna çıxır

28 İyul 2026 - 09:19
Abşeronun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Yasamal, Xətai və Nərimanov rayonlarının bir sıra küçələrində işıq olmayacaq

28 İyul 2026 - 09:08
Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

27 İyul 2026 - 23:01
“Suriya Demokratik Qüvvələri”nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

“Suriya Demokratik Qüvvələri”nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

27 İyul 2026 - 22:55
Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək

Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək

27 İyul 2026 - 22:53
Albaniya parlamenti ABŞ-dan 300 milyon dollardan çox məbləğdə müdafiə krediti alınmasını təsdiqləyib

Albaniya parlamenti ABŞ-dan 300 milyon dollardan çox məbləğdə müdafiə krediti alınmasını təsdiqləyib

27 İyul 2026 - 21:24
Monteneqro noyabrın 1-dən bir sıra ölkələrin vətəndaşları üçün viza tətbiq edəcək

Monteneqro noyabrın 1-dən bir sıra ölkələrin vətəndaşları üçün viza tətbiq edəcək

27 İyul 2026 - 21:14
Britaniya Ukraynaya müdafiəni gücləndirmək üçün REM texnologiyaları verəcək

Britaniya Ukraynaya müdafiəni gücləndirmək üçün REM texnologiyaları verəcək

27 İyul 2026 - 21:06
Husilər Səudiyyə Ərəbistanında bir sıra mühüm obyektlərə zərbələr endiriblər

Husilər Səudiyyə Ərəbistanında bir sıra mühüm obyektlərə zərbələr endiriblər

27 İyul 2026 - 21:01
Tramp: İranla danışıqlar nəticə verməsə, ABŞ güclü zərbələri bərpa edəcək

Tramp: İranla danışıqlar nəticə verməsə, ABŞ güclü zərbələri bərpa edəcək

27 İyul 2026 - 19:59
Paşinyan Putinlə Ermənistan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib

Paşinyan Putinlə Ermənistan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib

27 İyul 2026 - 19:55
Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

27 İyul 2026 - 19:52
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.