Ned Prays vəzifəsindən azad edildi

68

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays vəzifəsindən azad edilib.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.
Qeyd olunub ki, N.Prays bu ay təqaüdə çıxacaq. Onu müvəqqəti olaraq hazırkı müavini Vedant Patel əvəz edəcək.
E.Blinken deyib ki, Prays ABŞ-ın xarici siyasətinin siması və səsi olub:
“O, həddindən artıq peşəkar və dürüst işləyib. Dövlət Departamenti adından Praysa təşəkkür edirəm”.
Qeyd edək ki, Ned Prays 2021-ci ildən bu vəzifəni icra edirdi.