Nazirlikdən Mikayıl Müşfiqin qalıqları ilə bağlı açıqlama

140

Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqların müayinəsi bu gün də davam etdirilir.

Elchi.az xəbər verir ki, bunu Report-a açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

Onun sözlərinə görə, hələlik bir nəticə yoxdur:

“Digər siyasi xadimlərin də qalıqları var idi. Həmin qalıqlarla bağlı da heç bir nəticə yoxdur”.