Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturov iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“Yeni Sabah” xəbər verir ki, görüş Yekaterinburqda keçirilən INNOPROM-2019 beynəlxalq sənaye sərgisi çərçivəsində baş tutub.
Görüş zamanı Azərbaycan bayrağı ilə bağlı tez-tez təkrarlanan hal baş verib. Nazirin qarşısına qoyulan bayrağımız yenə də baş-ayaq olub və yaşıl rəng yuxarıda olub.
Tədbirdə iştirak edən onlarla şəxs, dövlət rəsmilərinin heç biri bunu görməyib. Nə bilmək olar, bəlkə də görüblər, amma bayraqda rənglərin düzülüş qaydasını bilmirlər.
Tədbirə qatılanların bu diqqətsizliyi sosial şəbəklərdə tənqid edilib.