Bu günə qədər sənaye zonalarının rezidentləri tərəfindən 6,4 mlrd. manat, o cümlədən, 2021-ci il üzrə 247,7 mln. manat investisiya yatırılıb, 9 700-dən çox iş yeri yaradılıb.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
Nazir qeyd edib ki, mövcud layihələr üzrə əlavə olaraq 370 mln. manatdan çox investisiyanın yatırılması və 2 400-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.