“Ukrayna ərazisinə keçən Rusiya hərbi arsenalının böyük bir hissəsi separatçılara verilib”.
İnforesist.org saytının verdiyi xəbərə görə, bu barədə Ukraynanın Müdafiə naziri Valeri Qeletey keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Rusiya hərbçilərinin Ukrayna ərazisindən geri çəkilməsinə ATƏT tərəfindən müşahidələr aparılsa da, ruslar böyük sayda silah və sursatı separatçılara saxlaya biliblər. Qeletey əlavə edib ki, son qarşıdurmalara diqqət yetirilsə, Donbas separatçıları komandanlığının başqaları ilə əvəzlənməsinin şahidi olaraq.
Müdafiə naziri vurğulayıb ki, hazırda hərbi taktikalar açıq şəkildə Kremldən idarə olunur.