Prezident İlham Əliyevin İsmayıllı rayonuna səfəri zamanı verdiyi tapşırığa əsasən, Şamaxıdan Balakənə qədər olan ərazidə turizm infrastrukturu daha da gücləndirilməlidir.
Kanal S (Region TV) xəbər verir ki, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu istiqamətdə görüləcək işləri açıqlayıb.
“Hazırda təkliflər hazırlanır. Şimal-qərb bölgəsində və ümumilikdə, Azərbaycanın digər dilbər yerlərində turizmin inkişafı üçün xüsusi zonaların yaradılması məsələsi gündəmdədir və bu istiqamətdə iş gedir. Burada tarixi abidələrin bərpası ilə yanaşı, turistlər üçün xüsusi dayanacaqların yaradılması, mədəni xidmətlərin çeşidliliyinin gücləndirilməsi, həmçinin kadr hazırlığı ilə bağlı təkliflər irəli sürülüb”– deyə nazir bildirib.
Avropa Seysmoloji Komissiyasının (ESC) 40-cı Baş Assambleyası çərçivəsində Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) Baş Assambleyasının iclası keçirilib. Bu barədə Elchi.az...
Rusiyanın Arxangelsk vilayətinin Xolmoqor rayonunda avtobusla yük avtomobilinin toqquşması nəticəsində 12 nəfər ölüb. Bu barədə Elchi.az "İzvestiya"ya istinadən xəbər verir....
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrorsuz Türkiyə" prosesi çərçivəsində tarixi addım atdıqlarını bildirib.E "Haber Global"a istinadən xəbər verir ki, bu barədə...
Son şərhlər