Qazaxıstan parlamentinin aşağı palatasının deputatı, respublikanın keçmiş prezidentinin böyük qızı Dariqa Nazarbayeva bu gün keçirilən parlament iclasında iştirak etməyib.
Elchi.az xəbər verir ki, bu barədə parlament nümayəndələri məlumat yayıblar.
Nursultan Nazarbayevin qızının iclasda iştirak etməməsinə səbəb xəstəliyi göstərilir. Hazırda Nazarbayevanın hansı xəstəlikdən əziyyət çəkdiyi və özünü necə hiss etdiyi açıqlanmır.
Qeyd edək ki, Dariqa Nazarbayeva ötən ilin yanvarından Qazaxıstan parlamentinin İqtisadi islahatlar və regional inkişaf komitəsinin üzvüdür.