Qzaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Elchi.az xəbər verir ki, məlumatı Nazarbayevin mətbuat xidməti yayıb.
“Nursultan Nazarbayev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşüb və onu Rusiya günü münasibətilə təbrik edib”, – Qazaxıstanın sabiq prezidentinin saytında yerləşdirilən mesajda deyilir.
Məlumata görə, “dostluq görüşü zamanı Qazaxıstanın birinci prezidenti ilə Rusiya prezidenti iki ölkə arasında əlaqələrin qurulmasının 30 illiyi münasibətilə bir-birini təbrik ediblər”.
“Qazaxıstanla Rusiya arasında əməkdaşlığın bərabərhüquqlu dialoq əsasında inkişaf etdiyi vurğulanıb. Tərəflər bir-birlərinə cansağlığı, firavanlıq arzulayıb, Qazaxıstan və Rusiya xalqları dostluq əlaqələrinin bundan sonra da davam etdiriləcəyinə əminliklərini bildiriblər”, – məlumatda deyilir.