NATO ilə Rusiya arasında Qara dənizdə insidentlərin baş vermə ehtimalı yüksəkdir. Elchi.az xəbər verir ki, Moskva ilə ittifaq ölkələri arasında mümkün münaqişələri Hollandiya ordusunun keçmiş komandanı, general Mart de Kruyf “BNR”yə müsahibəsində qiymətləndirib.
“Üç NATO ölkəsinin Qara dənizə çıxışı var: Türkiyə, Rumıniya və Bolqarıstan. NATO ilə Rusiya arasında insidentlərlə qarşılaşma ehtimalımız yüksəkdir və siz görürsünüz ki, hər iki tərəf indi yüksək paylar qoyur”.
Keçmiş ordu başçısı Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının gedişatını da dəyərləndirib. Onun fikrincə, Kiyev yalnız kiçik qələbələr üçün addım atır, çünki Ukrayna müdafiəsi çox təhlükəli vəziyyətdədir və Ukrayna Silahlı Qüvvələri çox şey itirməyə tab gətirə bilməz.
Bundan əvvəl məlum olub ki, Şimali Atlantika Alyansı ölkələri Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı zamanı Kiyevin vəd etdiyi möcüzəyə ümid edirdilər. Bu sözləri Ukrayna hərbçilərinin təlimində iştirak edən amerikalı zabitlərdən biri deyib. Onun sözlərinə görə, bu əks-hücumdakı uğursuzluqlar Ukrayna və onun müttəfiqlərini bir-birini günahlandırmağa vadar edib.
Havar Şəfiyeva