NATO Ukraynaya yardım göstərsə də, Rusiya ilə müharibə aparmır.
Elchi.az xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer deyib.
“NATO Rusiya ilə müharibə aparmır. Mən bunu çox açıq şəkildə bildirməliyəm. Əgər Rusiya bizim üzv dövlətlərdən birinə hücum etsəydi, bu, çox aydın olardı. Rusiyaya mümkün qədər başa salmağa çalışırıq ki, biz müttəfiqimizin ərazisinin hər nöqtəsini müdafiə edərik. NATO öz hərəkətləri ilə Ukraynanı və ona hücum edən ölkəyə qarşı özünü müdafiə etmək üçün ayrılmaz hüququnu dəstəkləyir. Bu, BMT Nizamnaməsində də yazılıb. Ona görə də NATO üzvlərinin və 20-dən çox ölkənin Ukraynanı dəstəkləməsi qanunidir”, – Bauer bildirib.