Ölkədəki müxalifət Kobrin bölgəsində hakimiyyəti ələ keçirib qurmaq və NATO-ya üz tutmağı planlaşdırır.
Elchi.az Ria Novostiyə istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
“Heç olmasa bəzilərini tutmaq üçün, bilmirəm niyə Kobrin rayonunu seçdilər, orada bu barədə çox danışırlar. Amma sərhədə yaxın deyil. Sərhədlərə yaxın olanlar da var‘‘ – deyə Lukaşenko bildirib.
Onun sözlərinə görə, müxalifət ərazini ələ keçirməyi, hakimiyyət qurmağı və NATO-ya qoşun yeritmək üçün müraciət etməyi planlaşdırır.
Qeyd edek ki, bundan əvvəl Aleksandr Lukaşenko Belarusda dövlət çevrilişi etməyi planlaşdıran siyasətçilərə respublikada şəxsi mülkiyyəti unutmalı, öz yaxınlarını riskə atmamalı olduğunu xatırladıb.
Havar Şəfiyeva