Fransa prezidenti Emmanuel Makron Avropanı ABŞ-ın vassalı olmaqdan əl çəkməyə çağırıb.
Elchi.az bu barədə O, TASS-a istinadən xəbər verir.
“Biz ABŞ-ın vassalı olmadığını göstərə bilən Avropa qurmalıyıq” -deyə Fransa lideri bildirib.
O vurğulayıb ki, Avropa ölkələri təkcə iqtisadi məsələlərdə deyil, digər ölkələrlə tərəfdaşlıq əlaqələrinin qurulması məsələlərində də “hamı ilə danışmaqdan” çəkinməməlidir.
Qeyd edək ki, bundan əvvəl Makron Avropa İttifaqının yaxın illərdə zəifləməsi ilə bağlı böyük risklərlə üzləşəcəyini bildirib. O, həmçinin qeyd edib ki, avropalılar Ukraynada münaqişə bitdikdən sonra Rusiya ilə münasibətlər qurmağa hazır olmalıdırlar.
Havar Şəfiyeva