Geosiyasi vəziyyətin gərginləşməsini nəzərə alaraq Şimali Atlantika Alyansına daxil olan ölkələr silah istehsalının artırılmasının qayğısına qalmalıdırlar.
Elchi.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibinin müşaviri Anqus Leypsli deyib.
“Müdafiə məqsədlərimizi mümkün qədər tez həyata keçirmək problemi ilə üz-üzəyik. Bunun üçün həm NATO, həm də AB hərbi texnika sənayesinin imkanlarına – raketlər, tanklar, pilotsuz uçuş aparatlarına, eləcə də onun maliyyələşdirilməsinə daha çox diqqət yetirməlidir”, – o bildirib.
Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı
Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin...