Namik Ələskərov karyerasını yenidən Azərbaycanda davam etdirəcək.
Milli komandamızın üzvü “Sabah”a keçib.
Paytaxt təmsilçisi sosial şəbəkə vasitəsilə bu keçidi açıqlayıb. Ötən mövsümü Türkiyə TFF I liqasında “Bursaspor”un heyətində keçirən Ələskərov yeni komandası ilə 3 illik müqavilə imzalayıb. O, “Sabah”da 17 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Sabah” ona qədər Tellur Mütəllimov, Anatoli Nuriyev və Davit Volkovu transfer edib. Nicat Mehbalıyev isə “Qəbələ”dən icarədən qayıdıb.
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar
2026 Dünya Kubokunda iştirak edən 48 ölkənin heyətləri yekunlaşdıqdan sonra turnirdə yarışan komandaların və oyunçuların ədədi məlumatları aydınlaşdı. Klub səviyyəsində...





















Son şərhlər