Naməlum şəxs Rusiyanın Kanadadakı səfirliyinin üzərinə qırmızı boya töküb. Elchi.az TASS-a istinadən xəbər verir ki, Ottavada baş vermiş insidentlə bağlı diplomatik missiyanın müşaviri-elçisi Vladimir Proskuryakov məlumat verib.
“Bazar ertəsindən çərşənbə axşamına keçən gecə daha bir rusofobiya hadisəsi baş verib, üzünü tamamilə örtən maskalı naməlum şəxs səfirliyin hasarının bünövrəsinə qırmızı boya töküb və bununla da Rusiya səfirliyinə xeyli ziyan vurub”.
Onun sözlərinə görə, səfirlik artıq polislə əlaqə saxlayıb və müşahidə kameralarının videoyazılarını təhvil verib. Bundan əlavə, diplomatik nümayəndəlik Kanada Xarici İşlər Nazirliyinə nota göndərərək Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq Rusiya nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsini tələb edib.
Havar Şəfiyeva