Naməlum şəxs Şoltsun maşın karvanına qoşulub

79

“Bild” qəzetinin məlumatına görə, şəxsi avtomobili olan naməlum şəxs Almaniya kansleri Olaf Şoltsun karvanına qoşulub və Frankfurt hava limanının uçuş-enmə zolağında peyda olub.

Elchi.az News.am-a istinadən bildirir ki, hadisə Şolts polis müşayiəti ilə bayram şənliyindən qayıdarkən baş verib. 

“Şolts hökumət təyyarəsinə minməzdən bir neçə dəqiqə əvvəl, yunan soyadlı 48 yaşlı bir kişi uçuş zolağında ona tərəf qaçdı, onun əlindən tutub özünə tərəf çəkdi və şəxsi avtomobili ilə kanslerin müşayiəti ilə getdi”, – deyə qəzet öz mənbələrinə istinadən yazıb.

Qeyd edildiyi kimi, konvoya xəbərsiz qoşulan həmin şəxsin avtomobili onu müşayiətçi hesab edən Federal Kriminal Polis Departamentinin əməkdaşlarının razılığı ilə aeroport ərazisinə daxil olub.

Qəzet həmçinin yazır:

“Yalnız həmin şəxs Şoltsu buraxanda cangüdənlər vəziyyətin təhlükəsini anladılar”.

Hadisədən sonra həbs edilən şəxs ətrafı toy yeri kimi qəbul etdiyini etiraf edib. Qəzetin yazdığına görə, bu qəza Almaniya kanslerinin müdafiəsini təmin etməli olan məsul şəxslər üçün fəsadlar törədəcək.

Yeganə