İyulun sonunda miqrantların kütləvi şəkildə daxil olmasından sonra təxminən 5 min miqrant İspaniyanın Seuta muxtar şəhərində qalmaqda davam edir.
Elchi.az xəbər verir ki, bu barədə jurnalistlərə İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska məlumat verib.
Nazirin sözlərinə görə, hazırda yaşayış məntəqəsində 880-ə yaxın polis və Mülki Qvardiyanın 714 əməkdaşı yerləşdirilib. DİN rəhbəri hüquq-mühafizə orqanlarının iştirakını daha da gücləndirəcəyinə söz verib. O, həmçinin Seutaya qanunsuz daxil olmaq niyyətində olanlara müraciət edərək əmin edib ki, onların heç biri şəhərdə qalmayacaq və materik İspaniyaya keçə bilməyəcək. Nazir şəhərdə “təxminən 5 min” qanunsuz miqrantın qaldığını dəqiqləşdirib.
“Təəssüf ki, iyulun 30-da yaşadığımız hadisələrə görə heç bir terror riski yoxdur”, — deyə Qrande-Marlaska əmin edib.
Məryəm





















