Xaçmaz rayonunun Nabran kəndində yerləşən istirahət mərkəzində yanğın olub.
Bu barədə Elchi.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Xaçmaz rayonunun Nabran kəndində istirahət mərkəzinin ərazisində bir dam altında tikilən, ümumi sahəsi 100 m² olan birmərtəbəli, müxtəlif təyinatlı tikilinin (mətbəx, ofis və çamaşırxana kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Dövlət sərhədini pozmağa cəhd edən əfqanlar saxlanıldı
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Elchi.az xəbər verir ki, Dövlət...





















Son şərhlər