EN RU

Nəsimi rayonunda polis əməkdaşları arasında silahsız özünümüdafiə üzrə çempionat keçirildi – VİDEO/FOTO

Nəsimi Rayon Polis İdarəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş polis əməkdaşları arasında silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə çempionat keçirilib.

Bunu da oxuyun

Elchi.az xəbər verir ki, tədbirdə rayon polis idarəsinin, icra hakimiyyətinin və Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. Çıxış edən qonaqlar yarış iştirakçılarına uğurlar arzu ediblər.

Yarışda Nəsimi Rayon Polis İdarəsinin 85 əməkdaşı 5 çəki dərəcəsində mübarizə aparıb. Silahsız özünümüdafiə və əlbəyaxa döyüş növləri olmaqla 2 mərhələdə keçirilən çempionatda qalib gələn polis əməkdaşları medal, diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.

Bənzər yazılar

Next Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

WP2Social Auto Publish Powered By : XYZScripts.com