"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Nəcməddin Sadıqovun adamı pullarla birgə yoxa çıxıb — FOTOLAR

05 Fevral 2015 - 16:15
in XƏBƏR LENTİ
FacebookVatsap

nsadiqovvDərbənd 2 min illik yubileyinə hazırlaşır. Amma necə hazırlaşır, bu, artıq sual doğurur. Çünki şəhərin abadlaşdırılması, yolların sahmana salınması və mədəniyyət ocaqlarının restavrasiya olunması Allahın ümidinə qalıb.

Bunu da oxuyun

Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib

ABŞ Oman dənizində LPG tankerinə zərbə endirib, iki nəfər ölüb

BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb

Təxminən 8 ay sonra dərbəndlilər yubileyi qeyd etməlidir. Şəhərdə yaranmış vəziyyət isə heç də ürəkaçan deyil.

Azərbaycan hökumətinin Dərbənddə Heydər Əliyev prospektinin təmirinə ayırdığı pullar yoxa çıxıb. Yolların təmiri üçün nəzərdə tutulan vəsait mənimsənilib. Prospektdə təmir işləri yarımçıq dayanıb. Podratçı şirkətlərə vəd olunan maliyyə vəsaiti verilməyib deyə, işlər elə ilk aydaca, 2014-cü ilin oktyabrında dayandırılıb.

Dərbənddə yaşayan azərbaycanlılar deyir ki, iş başlamazdan əvvəl vergilər naziri Fazil Məmmədov şəhərə gəlib, görüləcək işlərlə bağlı toplantılar keçirib. Görüləcək işlər üçün vəsait isə Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun vasitəsilə iş icraçılarına çatdırılmalı imiş. Bu, təsadüfi deyil. N.Sadıkov Dərbənddə anadan olub, orada ailə həyatı qurub. Həyat yoldaşı Dərbənddə yaşayan ləzgi millətinin nümayəndələrindən olub. Bir neçə il əvvəl N.Sadıkova Dağıstanın Milli Qəhrəmanı fəxri adı verilib, Dərbənd küçələrindən biri onun adını daşıyır. Azərbaycan hökumətinin ayırdığı böyük vəsaiti N.Sadıkova etibar etməsini şərtləndirən bu amillərdir.

Dərbəndlilərin sözlərinə görə, görüləcək işlərin planı təsdiqlənəndən sonra işlərin icrası istiqamətində addımlar atılıb. Dərbənddə tikiləcək olimpiya kompleksinin özülü qazılıb, Azərbaycanın mərhum prezidentinin adını daşıyacaq prospektdə əsaslı təmin aparılmaq üçün söküntü işlərinə başlanıb, Nizami Gəncəvi adına parkda hazırlıq işlərinə start verilib. 1 ayın tamamında isə məlum olub ki, N.Sadıkovun qohumu, pulları iş icraçılarına verəcək Aydın Mürsəlov ortalıqda yoxdur. Nəticədə H.Əliyev prospekti, o cümlədən olimpiya stadionu, teatr binasının tikintisi yarımçıq qalıb.

Nizami parkı da bərbad gündədir. Nizaminin heykəlini yandırıb, barmaqlarını sındırıblar, qırmızıya boyayıblar. İşlər dayandırıldığı bir vaxtda Dərbənddə belə məlumatlar yayılıb ki, guya İdman Olimpiya Kompleksinin tikintisi üçün özül qazılan zaman oradan insan skeletinin qalıqları aşkarlanıb. Ona görə də tikinti dayandırılıb. Tikinti üçün başqa ərazinin ayrılacağı deyilir.

Azərbaycanlılar Dərbənd rayonu ərazisində yer ayrılmasını təklif edir. Hələ keçmiş rəhbər Qurban Qurbanovun dövründə kompleksin elə rayonda tikilməsi planlaşdırılırdı. Ümumiyyətlə, Dərbənddə görüləcək iş çoxdur. İlk növbədə yolların təmirinə ciddi ehtiyac var. Küçələr çala-çuxur, kələ-kötür vəziyyətdədir. Dərbənd rəhbərliyi isə H.Əliyev prospektinə ayrılan vəsaitin kimlər tərəfindən yoxa çıxarılmasını Azərbaycan tərəfinin araşdırmalı olduğunu hesab edir. Hər halda, N.Sadıkov nə baş verdiyinə aydınlıq gətirməlidir.
Dərbəndlilər N.Sadıkovdan danışanda onun həyat yoldaşı tərəfindən olan qohumlarından da bəhs edirlər. Deyirlər ki, generalın qohumları arasında “Sadval”ın rəhbərliyində təmsil olunan şəxslər var.

Generalın onlarla əlaqəsinin olub-olmadığı məlum deyil. Az əvvəl, Qurban Qurbanov vəzifədən uzaqlaşdırılandan sonra Sadıkovun bacısı Gülnaz Hüseynova Dərbəndin 4 saylı məktəbinin direktoru təyin olunub. Bütün məktəblər bərbad olsa da, bu təhsil ocağı qısa müddətdə təmir edilib. Generalın digər bacısı Gülnarənin həyat yoldaşı isə Dərbənd peşə məktəbinin direktoru, bacısı qızı bağça müdirəsi vəzifəsinə təyinat alıblar. General Sadıkovun Dərbənddə güclü dayaqları var. N.Sadıkovu Dərbənddəki yaxın ətrafı “Dima” deyə çağırırlar.

***
Azərbaycanlılar şəhərin parklarına, küçələrinə digər millətin şairlərinin, tanınmışlarının adlarının verilməsinə etirazlarını da bildirirlər. Onlar Dərbəndin qədim Azərbaycan şəhəri olduğunu və əhalinin əksəriyyətini də azərbaycanlılar təşkil etdiyini vurğulayırlar. Odur ki, bu prosesin aparılmasını düzgün saymırlar. Yubiley ərəfəsində narazılıq doğuran başqa bir məsələ Dərbəndin yaşı ilə əlaqədardır. Şəhərin 5 min il yaşı olduğu halda, 3 min il cavanlaşdırılıb. 4 il əvvəl İmam Yarəliyev Dərbəndin meri təyin olunandan sonra şəhərin yaşını 2 min edib.

Rus təhqiqatçısı Qudryatev Dərbəndin tarixini araşdırıb. O, şəhərin 5 min yaşda olduğunu sübut edib. Tarixçinin davamçısı Hacı Murtuzəliyev isə bu iddiaya qarşı çıxıb və 2 min yaşı olduğunu bildirib. İ.Yarəliyev Rusiya Elmlər Akademiyasına üz tutub. O, şəhərin dəqiq yaranma tarixinə dair rəy almaq istəyib. Bu məsələ akademiyada müzakirə olunarkən Qudryatevin deyil, davamçısı Murtuzəliyevin rəyi əsas götürülüb. Yəni Dərbənddə əhalinin məskən saldığı 2 min il əvvəl olduğu qənaətinə gəlinib.

Azərbaycanlıların digər problemi isə sənədləşmə ilə bağlıdır. Rusiyanın başqa şəhərlərindən Bakıya gəlmək istəyənlər sənədlərdə yaranmış problemlərə görə yenidən Moskvaya qayıtmalı olurlar. Bu da çoxunun büdcəsinə uyğun deyil. Nəticədə gedə bilməyib qalırlar. Odur ki, Dərbəndin küçələrində Azərbaycan vətəndaşı olan “bomj”lar var. Onlar sənəd probleminə görə nə Azərbaycana gələ bilir, nə də pulsuzluqdan Moskvaya səfirliyimizə gedə. Bu mənada Dərbənddə konsulluq açılması vacib hesab edilir.

Qiymətlərə gəlincə, şəhəri gəzərkən ərzaq məhsullarının Azərbaycan manatına münasibətdə ucuzlaşdığının şahidi olduq. Rublun günbəgün ucuzlaşması yerli əhalinin alıcılıq qabiliyyətini aşağı salır, qida məhsullarının, yanacağın qiymətinə kəskin surətdə təsir edir. Hazırda Dərbənddə nərə balığı 8-10 manat, dana əti 3 manat 50 qəpik, qoyun əti isə 4 manatdır. Yanacağın qiyməti neftin qiymətinin enib qalxmasına bağlıdır deyə, gün ərzində qiymət 31 qəpikdən 37-38 qəpiyə qədər dəyişir. Dərbənddə yaşayanlar avtomobillərində yanacaq kimi əsasən qazdan istifadə edirlər. Bu yanacaq növü alıcıya 1 litr üçün 5-6 qəpiyə başa gəlir. Mavi yanacaq səhhət üçün zərərli olsa da, dolanışığı əkinçilikdən çıxan dərbəndlilər buna o qədər də fikir vermirlər. Şəhərin qonaqlarını cəlb edən “Narın Qala” kompleksinin dar küçələrində maşınlardan ayrılan tullantı qazın boğucu təsiri hiss olunur. Memarlıq üslubu ilə Bakıdakı İçərişəhəri təkrarlayan “Narın Qala” kompleksinin ətrafında aparılan arxeoloji qazıntılar da Dərbəndin tarixinin qeyd ediləcək yubiley yaşından daha artıq olduğuna dəlalət edir.
Amma Rusiya Milli Elmlər Akademiyası şəhərin tarixini araşdırmağa həvəsli görünmür. Rus tarixçilərinin bu iş Azərbaycan Milli Elmlər Akademiyasının görməli olduğu haqda səsləndirdikləri fikirlər isə Bakıda eşidilməmiş qalıb. Tarix üzərində qurulan Dərbəndin yaşı beləcə cavanlaşdırılıb.

***
Dərbənddən Bakıya qayıdanda benzin artıq 33 qəpik olmuşdu. Dərbənd azərbaycanlısı olan sürücü insanların bu vəziyyətin nə qədər davam edəcəyini və necə olacağını proqnozlaşdıra bilmədiklərini deyib ABŞ-ın qarasınca deyinirdi…

Rublun dəyərdən düşməsi Azərbaycandan Dərbəndə gedib ərzaq məhsulları almaq istəyənlərin işinə yarayıb. Azərbaycan vətəndaşı olanlar Dərbəndə üz tutub oradan yağ, qənd, kolbasa, konfet və s. qida məhsulları alıb geri dönürlər. Ancaq vətəndaşlarımızın alış-veriş sevinci çox çəkmir. Samur Sərhəd-Keçid məntəqəsində yaşananlar Dərbənddə bazarlıq edib Azərbaycana qayıdanlarda peşmançılıq yaradır. Bu barədə isə növbəti reportajda bəhs edəcəyik.
“Yeni Müsavat”

Nəcməddin Sadıqovun adamı pullarla birgə yoxa çıxıb
Nəcməddin Sadıqovun adamı pullarla birgə yoxa çıxıb

 

Previous Post

Nəcməddin Sadıqovun adamı pullarla birgə yoxa çıxıb — FOTOLAR

Next Post

İlhamə Nazpəriyə görə Yasamal polisinə qəzəbləndi

Bənzər yazılar

Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib

Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib

24 İyul 2026 - 23:01

ABŞ Prezidenti Donald Tramp Amerika texnologiya şirkətlərinə tətbiq edilən böyük cərimələrdən sonra Vaşinqtonun Avropa İttifaqının (Aİ) siyasəti ilə bağlı araşdırmaya...

ABŞ Oman dənizində LPG tankerinə zərbə endirib, iki nəfər ölüb

ABŞ Oman dənizində LPG tankerinə zərbə endirib, iki nəfər ölüb

24 İyul 2026 - 22:57

ABŞ ordusu Oman dənizi istiqamətindən bölgəyə daxil olmaq istəyən mayeləşdirilmiş neft qazı (LPG) daşıyan tankerə zərbə endirib. Elchi.az bu barədə...

BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb

BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb

24 İyul 2026 - 22:55

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) iştirakçı dövlətlərinin assambleyası prokuror Kərim Xanın tutduğu vəzifədən kənarlaşdırılmasına səs verib. Elchi.az xəbər verir ki, bu...

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

24 İyul 2026 - 21:54

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı aparıb. Elchi.az xəbər verir ki,...

Next Post

İlhamə Nazpəriyə görə Yasamal polisinə qəzəbləndi

İlhamə Nazpəriyə görə Yasamal polisinə qəzəbləndi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib

Tramp Amerika şirkətlərinə tətbiq edilən cərimələrə görə Aİ-ni rüsumlarla hədələyib

24 İyul 2026 - 23:01
ABŞ Oman dənizində LPG tankerinə zərbə endirib, iki nəfər ölüb

ABŞ Oman dənizində LPG tankerinə zərbə endirib, iki nəfər ölüb

24 İyul 2026 - 22:57
BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb

BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb

24 İyul 2026 - 22:55
Latviya Rusiyaya etiraz notası təqdim edib

Latviya Rusiyaya etiraz notası təqdim edib

24 İyul 2026 - 21:55
Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib

24 İyul 2026 - 21:54
Gürcüstanda genişmiqyaslı elektrik qəzasının səbəbləri araşdırılır

Gürcüstanda genişmiqyaslı elektrik qəzasının səbəbləri araşdırılır

24 İyul 2026 - 21:52
WSJ: Küveyt və Bəhreyn iyulda İrana gizli şəkildə zərbələr endirib

WSJ: Küveyt və Bəhreyn iyulda İrana gizli şəkildə zərbələr endirib

24 İyul 2026 - 21:49
Zelenski: Ukrayna PUA-larının uçuş məsafəsini 10 min kilometrə qədər artırmağı planlaşdırır

Zelenski: Ukrayna PUA-larının uçuş məsafəsini 10 min kilometrə qədər artırmağı planlaşdırır

24 İyul 2026 - 21:25
Xəzər rayonunda son istifadə tarixi dəyişdirilmiş 49 mindən çox içki məhsulu müsadirə olunub

Xəzər rayonunda son istifadə tarixi dəyişdirilmiş 49 mindən çox içki məhsulu müsadirə olunub

24 İyul 2026 - 21:13
“Biləcəri” dairəsində yanğınla bağlı nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub

“Biləcəri” dairəsində yanğınla bağlı nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub

24 İyul 2026 - 21:12
Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib

Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib

24 İyul 2026 - 21:08
Meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət…

Meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət…

24 İyul 2026 - 19:29
İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

İqlim danışıqçılarının üçüncü Şamaxı qeyri-rəsmi toplantısı keçirilib

24 İyul 2026 - 19:14
Nazirlik gözlənilən isti, quraq və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Nazirlik gözlənilən isti, quraq və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

24 İyul 2026 - 19:05
PA Vətəndaş Qəbulu Mərkəzində avqust ayında vətəndaşların qəbulu CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzində avqust ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 İyul 2026 - 18:52
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.