“Bu gün Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ilk dəfə prezident seçilməsindən 29 il ötür”.
Elchi.az xəbər verir ki, bu barədə millət vəkili İlham Məmmədov FB hesabında bildirib:
“Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi Prezident seçməklə dövlət müstəqilliyimizin qorunub saxlanmasına, sabitliyə və davamlı inkişafa səs vermişdir.
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qalıb. Bu gün onun siyasi kursu isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və qalib gəlir. Məhz həmin siyasətin nəticəsidir ki, müstəqil Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir”.
Şayəstə