"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Müşfiqi diri-diri Mircəfər Bağırovun yaşadığı evin divarına hörüblər – sensasion açıqlama

21 Noyabr 2018 - 14:18
in CƏMİYYƏT, SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

Image result

Bunu da oxuyun

Bakının Ceyhun Hacıbəyli küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

AQTA: 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır

Həftəsonu leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

General Tomsonun, Nəriman Nərimanovun və Mircəfər Bağırovun yaşadığı tarixi bina hansı sirləri gizlədir?

“Şair Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümük qalıqlarının ona aid olub-olmadığını müəyyən etmək üçün şairin ata nəslindən olan kişi cinsli yaxın qohumlarından da müayinələrin götürülməsi lazımdır. Artıq istintaq orqanları tərəfindən həmin şəxslər müəyyənləşdirilib və onlar müayinələrin götürülməsi üçün bizə təqdim edilib”

Bunu bir neçə gün əvvəl Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov mediaya açıqlamasında deyib. Onun sözlərinə görə, müayinələrin aparılması üçün onlara bir deyil, çox sayda sümük qalıqları təqdim edilib. Sümük qalıqları üzərində məhkəmə-kriminalistik, məhkəmə-tibbi, molekulyar-genetik və s. ekspertizalar həyata keçiriləcək: “Artıq bu müayinələrin hamısına başlanılıb. Sümük qalıqları bir neçə şəxsə aiddir. Onların hələlik kimlərə aid olduğu bilinmir. DNT analizi apardıqdan sonra sümük qalıqlarının müayinələrinin nəticələri Müşfiqin qohumlarının müayinələrinin nəticələri ilə tutuşdurulacaq və müəyyən ediləcək ki, bizə təqdim edilən sümüklər arasında Mikayıl Müşfiqə aid sümük qalıqları var, ya yoxdur”. Bu arada isə tədqiqatçı alim Ədalət Tahirzadə Mikayıl Müşfiqin divarına diri-diri hörüldüyü iddia olunan binanın ünvanını göstərib.

Həmin ünvan Azərbaycanın o zamankı rəhbəri Mircəfər Bağırovun yaşadığı, indi isə İncəsənət Muzeyi yerləşən binadır. Müşfiqin həmin binanın zirzəmisinin aşağıdan 3-cü mərtəbəsində divara hörüldüyü deyilir.

Image result for ədalət tahirzadə

Bununla bağlı Ə.Tahirzadə facebook səhifəsində yazıb: “Mən 31 oktyabrda facebook səhifəmdə yazmışdım ki, ciddi bir dövlət qulluqçusundan Mikayıl Müşfiqin bir binanın zirzəmisində diri-diri divara hörüldüyünü eşitmişəm və qoy dövlət orqanları bunu araşdırsın. Mən bu məlumatı çox ciddi bir dövlət işçisindən 2003-cü ilin aprelində onun kabinetində eşitmişəm. Həmin şəxs Müşfiqin repressiyadan sonrakı həyatını öyrənməyə Azərbaycanda, məncə, ən çox əmək sərf etmiş adamdır. O, sənədlərdə Müşfiqin pəncərəni örtdürməsindən sonra müfəttişin yazdığı raportu və Stalinin büstünün başını şillələdikdən sonra “Azərnəşr” işçisinin yazdığı raportu şəxsən oxuduğunu deyib. Əlavə etmişdi ki, Müşfiqin meyitinin boynuna tros keçirilib ayağına daş bağlanaraq Nargin adası yaxınlığında dənizə atıldığını düşünürdüm, çünki o, Stalinin büstünün boynuna tros keçiriləcəyini demişdi. Buna görə də mən gəmi kirayələdim, dalğıclar tutdum, Müşfiqin meyitinin dənizə atılmasında iştirak etdiyi söylənilən bir tatarı və sonralar Üzeyir bəyin ev muzeyinin direktoru olmuş Ramazan Xəlilovu da özümlə götürdüm. Dalğıclar bir neçə dəfə dənizin dibinə ensələr də nəticəsiz oldu. Əliboş geri qayıdarkən yolda tatar mənə dedi ki, Müşfiqi lazımi yerdə axtarmırsan. O, mənə dedi ki, bildiyimə görə, Müşfiqi şəhərdə məşhur bir binanın zirzəmisinin aşağıdan 3-cü qatında divara diri-diri hörüblər. Bu əhvalatı mənə söyləyən dövlət işçisi 2003-ün aprelində bildirmişdi ki, mən tatarın dediyi həmin binanın zirzəmisinin o qatında oldum. Çox havasız və kəsif iyli bir yer idi. Ancaq divarda axtarış aparmağa mənim səlahiyyətim çatmırdı, buna görə də işim yarımçıq qaldı…”

Ə.Tahirzadə qeyd edir ki, Müşfiqin divara diri-diri hörülməsi versiyasının doğru olduğu iddiasında deyil: “Bunun gerçək olmamasını ürəkdən arzulayıram, ancaq deyilənin doğru olmaq ehtimalı da var axı. Qoy dövlət orqanları heç bir hay-küyə imkan vermədən bunu yoxlayıb fikir bildirsin. Mənim istədiyim yalnız budur”.

Qeyd edək ki, Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyi ən böyük incəsənət muzeyidir və muzeydə 17 mindən çox eksponat saxlanılır. 1936-cı  ildə əsası qoyulmuş muzey 1943-cü ildən realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri Rüstəm Mustafayevin adını daşıyır.

Bakıda XIX əsrdə inşa edilmiş iki yanaşı tarixi binada – “De Burun Sarayı” və “Mariinski Qadın Gimnaziyası” binasında yerləşir. De Burun sarayı – XIX əsrdə Bakının neft milyonçularından biri olan Lev de Bur tərəfindən inşa etdirilmiş saraydır. Niyazi küçəsində (keçmiş Sadovaya) yerləşən saray 1881-1895-ci illərdə memar Nikolay fon der Nonnenin layihəsi əsasında inşa edilib. Binanın inşası tamamlanmamış De Bur dünyasını dəyişir. Onun varisləri  hələ yalnız özülü qoyulmuş binanı 16.000 rubla “Kaspi Tərəfdaşlığı” Səhmdar Cəmiyyətinə satırlar. Beləcə, bina cəmiyyətin mülkiyyətinə keçir. Buna görə də memarlar binanın ilkin planında bəzi dəyişikliklər etməli olurlar.  1917-ci  il Oktyabr  inqilabından sonra  əvvəl  ingilis konsulu, 1919-cu ilin  avqustunda Böyük Britaniya ordusu Bakıya daxil olandan sonra, General Vilyam Tomsonun başçılıq etdiyi ingilis komandanlığının qərargahı “Kaspi Tərəfdaşlığı”na məsxus olan bu sarayda yerləşdirilib. 28 aprel sovet işğalından sonra isə  Nəriman Nərimanovun rəhbərlik etdiyi Xalq Komissarları Şurası da  De Burun sarayında yerləşdirilib. Sarayın ikinci mərtəbəsində isə Nəriman Nərimanovun ailəsi yaşayıb. 1933-cü ildə sarayda DTK-nın birinci katibi Mircəfər Bağırov və  ailəsi məskunlaşıb.  Mircəfər Bağırov 1951-ci ildə onu Azərbaycan Milli İncəsənət Muzeyinə bağışlayıb. (musavat.com)

Previous Post

Müşfiqi diri-diri Mircəfər Bağırovun yaşadığı evin divarına hörüblər – sensasion açıqlama

Next Post

Azərbaycanda yeni sayğaclar quraşdırılır – Qaz yüklənməsində YENİLİK

Bənzər yazılar

Bakının Ceyhun Hacıbəyli küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının Ceyhun Hacıbəyli küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

18 Sentyabr 2026 - 20:44

Bakının Nəsimi rayonunun Ceyhun Hacıbəyli küçəsində yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə əlaqədar qazıntı işləri aparılmış hissədə yol örtüyünün bərpası həyata...

AQTA: 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır

AQTA: 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır

18 Sentyabr 2026 - 20:42

Aparılan monitorinqlər göstərir ki, hazırda Azərbaycanın 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir....

Həftəsonu leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Həftəsonu leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

18 Sentyabr 2026 - 20:28

Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya...

AMEA: Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan kampaniya tarixi reallıqları təhrif edir

AMEA: Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan kampaniya tarixi reallıqları təhrif edir

18 Sentyabr 2026 - 20:23

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar. Elchi.az bəyanatı təqdim edir: "Son...

Next Post
Azərbaycanda yeni sayğaclar quraşdırılır – Qaz yüklənməsində YENİLİK

Azərbaycanda yeni sayğaclar quraşdırılır - Qaz yüklənməsində YENİLİK

Azərbaycanda yeni sayğaclar quraşdırılır – Qaz yüklənməsində YENİLİK

Azərbaycanda yeni sayğaclar quraşdırılır - Qaz yüklənməsində YENİLİK

Son xəbərlər

SOCAR neftçiləri təbrik edib

SOCAR neftçiləri təbrik edib

18 Sentyabr 2026 - 22:47
Premyer Liqa: “Qarabağ” “Şəfa”nı məğlub edib

Premyer Liqa: “Qarabağ” “Şəfa”nı məğlub edib

18 Sentyabr 2026 - 22:45
SEPAH generalı İranın münaqişəni davam etdirməyə tam hazır olduğunu bildirib

SEPAH generalı İranın münaqişəni davam etdirməyə tam hazır olduğunu bildirib

18 Sentyabr 2026 - 22:44
Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib

Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib

18 Sentyabr 2026 - 22:41
Tramp: İranla düzgün razılaşma olmayacaqsa, mən ona baxmayacağam

Tramp: İranla düzgün razılaşma olmayacaqsa, mən ona baxmayacağam

18 Sentyabr 2026 - 21:56
Özbəkistanda ümumi dəyəri 7 milyard dollar olan 47 obyektin tikintisinə başlanılıb

Özbəkistanda ümumi dəyəri 7 milyard dollar olan 47 obyektin tikintisinə başlanılıb

18 Sentyabr 2026 - 21:54
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu – FOTO/VİDEO

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu – FOTO/VİDEO

18 Sentyabr 2026 - 21:51
Bakının Ceyhun Hacıbəyli küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının Ceyhun Hacıbəyli küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

18 Sentyabr 2026 - 20:44
AQTA: 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır

AQTA: 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır

18 Sentyabr 2026 - 20:42
Həftəsonu leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Həftəsonu leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

18 Sentyabr 2026 - 20:28
AMEA: Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan kampaniya tarixi reallıqları təhrif edir

AMEA: Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan kampaniya tarixi reallıqları təhrif edir

18 Sentyabr 2026 - 20:23
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı

“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı

18 Sentyabr 2026 - 19:26
Azərbaycanın şahmat yığmalarından Olimpiadada növbəti qələbə

Azərbaycanın şahmat yığmalarından Olimpiadada növbəti qələbə

18 Sentyabr 2026 - 19:11
Kallas: “Hüsilərin Səudiyyə Ərəbistanına hücumları dünya iqtisadiyyatını sarsıdır”

Kallas: “Hüsilərin Səudiyyə Ərəbistanına hücumları dünya iqtisadiyyatını sarsıdır”

18 Sentyabr 2026 - 19:00
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub – FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub – FOTO

18 Sentyabr 2026 - 18:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.