"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Murtuz Ələsgərov: Azərbaycanın parlaq gələcəyinə inanan böyük dövlət xadimi

07 Avqust 2018 - 12:57
in MANŞET
FacebookVatsap

Murtuz Ələsgərov: Azərbaycanın parlaq gələcəyinə inanan böyük dövlət xadimi

Bunu da oxuyun

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Xalqımız xoşbəxtdir ki, dünya siyasətinə Heydər Əliyev kimi dövlət xadimi bəxş edib. Biz də xoşbəxtik ki, bu dahinin müasiri olmuşuq, onunla bir dövrdə yaşamışıq, onun rəhbərliyi altında fəaliyyət göstərmişik, onun yaxın silahdaşı olmuşuq. Heydər Əliyev nadir şəxsiyyətlərdəndir ki, bütün mənalı ömrünü xalqına, dövlətinə və ölkəsinə həsr edib, millətinə hər zaman şöhrət və baş ucalığı gətirib.
Murtuz ƏLƏSGƏROV
Azərbaycan Milli Məclisinin sabiq sədri

 

 

Bu il tanınmış ictimai-siyasi və dövlət xadimi, Əməkdar hüquqşünas, professor Murtuz Nəcəf oğlu Ələsgərovun anadan olmasının 90 illiyi tamam olur. O, 1993-1996-cı illərdə BDU-nun rektoru, ­­1996-­2005-ci illərdə Azərbaycan Milli Məclisinin sədri olmuşdu. Hüquq elmləri üzrə zəngin bilik və təcrübəyə malik böyük alim, ləyaqətli ziyalı idi. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda xüsusi xidmətləri olan görkəmli şəxsiyyətlər, dövlət xadimləri arasında Murtuz Ələsgərovun özünəməxsus yeri var. Bu gün onun adı ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından biri kimi hörmət və ehtiramla xatırlanır… 
Murtuz Ələsgərovu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin, Cümhuriyyətin varisi olan müstəqil Azərbaycanın banisi ulu öndər Heydər Əliyevin 95 illiyinin Heydər Əliyev dühasının müasir tariximizə yazdığı Milli Qurtuluş Gününün 15-ci ildönümünün təntənəli şəkildə qeyd olunduğu bir zamanda xatırlayırıq. Əslində, bu əzəmətli tarixlər Murtuz Ələsgərovun şərəfli ömrünün istinad nöqtələri, açar sözləridir, həyat və fəaliyyətinin qururverici dönəmidir…
Murtuz Ələsgərov dünyaya göz açanda xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 10, süqut etməsinin 8-ci ilini yaşayırdı. O, Gəncədə doğulmuşdu. Nahaq demirlər ki, həyatda heç nə təsadüfi olmur. Gəncə şəhəri, onun ədəbi, ictimai-siyasi mühiti, şöhrəti Azərbaycan tarixinin bütün dövrlərində çox böyük əhəmiyyətə malik olmuşdur. Nizami yurdu, Cavadxan qeyrəti, Gəncə əhalisinin mübariz və azadlıq ruhu Qafqaz xalqlarının həyatına ciddi təsir etmişdir. Çox da uzaq olmayan tariximizə nəzər salsaq, XIX əsrdə Rusiya çarlığına, 1918-ci ildə  erməni qəsbkarlarına və onların havadarlarına, AXC-nin süqutundan sonra isə sovet zülmünə qarşı mübarizədə Gəncə əsas siyasi mərkəzlərdən biri olmuşdur. Gəncə əhalisi ayrı-ayrı dövrlərdə təbii fəlakət, repressiya və deportasiyalarla da üz-üzə qalıbdır. Lakin bütün bunlar gəncəliləri sındırmamış, onları daha mübariz, daha məğrur və daha mətin etmişdir.
1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı kimi Gəncənin seçilməsinin də tarixi kökü, siyasi əsasları var. Azərbaycanın istiqlaliyyət rəmzi olan Gəncə şərəf tariximizin unudulmaz izlərini qoruyub saxlayan şəhərdir. Milli dövlətçiliyimizin əsası məhz bu şəhərdə qoyulub. Gəncə sakinləri isə “Gəncə” adının səsləndirilməsinə qoyulan qadağalara baxmayaraq, şəhərin adını və tarixini daim yaşatmışdır, bu gün də yaşadır.
Ümummilli lider Heydər Əliyev Gəncə haqqında belə deyirdi: “Gəncədə Azərbaycanın milli mənliyi, Azərbaycan xalqının azadlığı və müstəqilliyi yolunda böyük qəhrəmanlıq göstərən insanlar yaşamış, yaratmışlar və Azərbaycan xalqını ucaltmışlar. Gəncənin tarixində Azərbaycan xalqının qəhrəmanlığını, müdrikliyini, böyüklüyünü nümayiş etdirən çox böyük və əziz səhifələr var.”
Gələcəyin görkəmli ictimai-siyasi xadimi, konstitusiya hüququ, eləcə də beynəlxalq hüquq üzrə sovetlər məkanında tanınmış alim Murtuz Ələsgərov məhz belə bir mühitdə böyümüşdü. Gəncə ədəbi, ictimai-siyasi mühiti onun gənclik illərindən formalaşmasında böyük rol oynamışdı. Bütün bunlar onun hələ sovet dövründəki fəaliyyətində, yazdığı kitab, məqalə və monoqrafiyalarında da aydın görünürdü. Sovetlər zamanı yazdığı əsərlərin və məqalələrin təkcə sərlöhvələrinə nəzər salsaq, o dövr üçün onun siyasi cəsarətinin şahidi olarıq…
Murtuz Ələsgərovun ömür kitabını vərəqlədikcə, onun hələ gənclik illərindən öz xəyal və arzularının gerçəkləşməsi uğrunda böyük əzmkarlığının, zəhmət və əziyyətə qatlaşmağının, çətinlikləri mətinliklə dəf etməyinin və nəhayət, onun uğur qazanmağının və qalib olmağının formulunun şahidi oluruq. Mübarizə dolu həyat yolunda, düşüncəsində, təfəkküründə və həyat kredosunda bir xətt var. Bu xətt onun həyata baxış fəlsəfəsində bütün uğurların açarının amalına, əqidisinə inam və bu prinsipləri əməlində sübut etmək olmuşdur. O, heç vaxt, ən çətin məqamlarda belə əqidəsini dəyişməmiş, inamını itirməmişdir…
O, Azərbaycanın və Azərbaycan xalqının parlaq gələcəyinə inanan işıqlı ziyalılardan biri idi. Onun sovet dövründə yazdığı bütün əsərlərində də (bəzən aşkar, bəzən gizli şəkildə) Azərbaycan xalqının öz müqəddaratına, taleyinə sahib olacağına inamı aydın görünür. Əslində, müasir müstəqil Azərbaycanın sələfi, müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalqımızın gələcək taleyinin, özgürlük və istiqlal yolunun xəritəsi yaradılmışdır. Bu xəritədə başlanan yolun son nöqtəsinin İstiqlaliyyət olduğu qeyd edilir. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bilmişdi. Lakin Cümhuriyyətinin qurucuları və onların silahdaşları, millətin işıqlı və uzaqgörən insanları, eləcə də azadlıq şərbətini dadan xalq 1920-ci il bolşevik işğalının endirdiyi ay-ulduzlu bayrağımızın yenidən ucalacağına inanırdılar. İnanırdılar ki, bu xalq mütləq Azərbaycanın müstəqilliyinə dönməzlik, sarsılmazlıq verən, “müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qorumaq ondan da çətindir” düşüncəsinə malik dahi öndərimizi yetirəcəkdir. Və onlar bütün təhdid və təhlükələri böyük fədakarlıqla dəf edərək Cümhuriyyət qurucularının yarımçıq işlərini, arzularını gerçəkliyə çevirəcəklər. Bu, elə bir gerçəklik olacaq ki, tarixin yaddaşında əbədiləşəcəkdir. Bəli, o dahi lider bütün ömrünü xalqına və onun gələcəyinə həsr etmiş Azərbaycan Xalq Cümhuriyyətin varisi olan müstəqil Azərbaycanın banisi Heydər Əliyev idi.
1991-ci ildə Sovet İttifaqı dağılan zaman müstəqilliyinə qovuşmuş xalqımız, o dövrün təsadüfi rəhbərlənin yarıtmazlığından 1993-cü ildə yenidən fəlakətlə üzbəüz olarkən Heydər Əliyev xilaskarlıq missiyası ölkəmizin müstəqilliyini qorudu. Həqiqi mənada, Azərbaycanın gerçək müstəqilliyini bərpa etdi, üçrəngli bayrağı yenidən ucaltdı. Azərbaycanı qorudu, onun müstəqilliyini möhkəmləndirdi, əbədi və dönməz etdi. Yenidən müstəqilliyinə qovuşan xalqımız dünya durduqca ulu öndər Heydər Əliyevə minnətdar olacaqdır.
Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəlində müstəqilliyinə qovuşsa da, fəlakət, uçurum, vətəndaş müharibəsi, bütün sahələrdəki tənəzzül, torpaqlarımızın işğalı, qaçqın-köçkün dərdi ilə boğulur, məhv olmaq təhlükəsində idi. Xalq yaxşı dərk edirdi ki, ölkəni bu acınacaqlı, çətin və xaotik vəziyyətdən ancaq Heydər Əliyev dühası xilas edə bilər. Bu gerçəkliyi ölkəmizin müstəqilliyini istəməyən qüvvələr də yaxşı bilirdilər. Buna görə də hətta terror və qəsd etməklə də olsa, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsinə maneçilik törədirdilər. Həmin dövrdə ölkə rəhbərliyindəki bəzi qüvvələr antimilli fəaliyyətləri ilə ulu öndərə qarşı kampaniyalarda çox fəallıq edirdilər. İnsanların Heydər Əliyevin adını çəkdiyinə görə təqib olunduğu həmin illərdə sədaqətli silahdaş Murtuz Ələsgərov dəfələrlə Naxçıvana, o böyük şəxsiyyətin görüşünə gedərək, xalqımızın nicatı üçün onun məsləhətlərini dinləyir, bu məsləhətlərin həyata keçirilməsinə çalışırdı. Ümumiyyətlə, Heydər Əliyevin, hətta sovetlər dönəmində müxtəlif dövlət vəzifələrindəki fəaliyyəti Murtuz Ələsgərov üçün bir lokomotiv, təkanverici qüvvə, qətiyyət və cəsarət rəmzi, xalqına təmənnasız xidmət nümunəsi olmuşdur.
Murtuz müəllim o zaman belə deyirdi: “Xalqımız xoşbəxtdir ki, dünya siyasətinə Heydər Əliyev kimi dövlət xadimi bəxş edib. Biz də xoşbəxtik ki, bu dahinin müasiri olmuşuq, onunla bir dövrdə yaşamışıq, onun rəhbərliyi altında fəaliyyət göstərmişik, onun yaxın silahdaşı olmuşuq. Heydər Əliyev nadir şəxsiyyətlərdəndir ki, bütün mənalı ömrünü xalqına, dövlətinə və ölkəsinə həsr edib, millətinə hər zaman şöhrət və baş ucalığı gətirib”.
Murtuz müəllim üçün hələ sovet dövründən ən doğru yolun, sözün əsil mənasında, amalında və əməlində Heydər Əliyev yolunun olması idi..
Bəli, əsrlər keçəcək, nəsillər dəyişəcək, xalqımız hər zaman fədakar övladlarını sonsuz hörmət və ehtiramla yad edəcək. Və ulu öndər Heydər Əliyevlə birgə onun siladaşları, məslək, əqidə yoldaşları da rəğbətlə xatırlanacaqdır. Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz, cənab İlham Əliyev görkəmli dövlət adamı Murtuz Ələsgərovu “Heydər Əliyevin ən yaxın silahdaşı” adlandırıbdır.
Heydər Əliyevi sevənlər zamanında bu yola təmənnasız qoşulan, bu yolda varlığından belə keçməyə hazır olan fədailərdir. Onların yeganə missiyası xalqın və müstəqil dövlətimizin varolma qarantı olan ulu öndər Heydər Əliyev siyasətinə, bu siyasətin davamçısına sədaqət və səmimiyyətlə xidmət etməkdir. Heç şübhəsiz, Murtuz Ələsgərovun adı bu insanların arasında birincilər sırasındadır. XX əsrin 90-cı illərinin əvvəllərində ümummilli lider Heydər Əliyevə qarşı qərəzli və düşmənçilik mövqeyində olan cılız siyasi qüvvələr yaş senzi məsələsini gündəmə gətirəndə Murtuz müəllimin göstərdiyi fədakarlıq unudulmazdır. O, bu yolda həyatından və canından belə keçməyə hazır idi! Biz bunun canlı şahidiyik və o tarixin canlı şahidləri də bunu təsdiq edirlər. “Sədaqət çətin gündə bilinər”, – deyiblər…
Murtuz Ələsgərov təkcə ulu öndərə yox, onun siyasi kursunun qətiyyətli davamçısı Prezident İlham Əliyevə də sədaqətlə xidmət edib, bu siyasətin yorulmaz təbliğatçısı olub. Onun üçün hər zaman ən yüksək amal Heydər Əliyev ideyaları olub. Ən böyük etalon Heydər Əliyev, İlham Əliyev sevgisi olub!..
O, ən çətin və ziddiyyətli dönəmlərdə rəsmi Moskvanın və ermənipərəst Qorbaçovun Dağlıq Qarabağ məsələsindəki riyakar mövqeyinə elmi, publisistik, hüquqi və siyasi xarakterli yazılarında cəsarətlə cavab veribdir. “Azərbaycan kommunisti” jurnalının 6 iyun 1988-ci il tarixli nömrəsində “Millətlərarası münasibətlərdə məhəlli problemlər” adlı məqaləsində yazırdı: ­“…Qüvvədə olan qanunvericiliyə görə, Muxtar Vilayətin Xalq Deputatları Sovetinə ərazi dəyişiklikləri edilməsi və ya həmin vilayətin bir müttəfiq respublikanın tərkibinə verilməsi məsələsini öz sessiyalarında müzakirə etmək hüququ verilməmişdir. Bundan əlavə, SSRİ Konstitutsiyasının 78-ci maddəsinə və Azərbaycan SSR Konstitusiyasının 70-ci maddəsinə görə, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz. Müttəfiq respublikalar arasındakı sərhədlər onların qarşılıqlı sazişi əsasında dəyişdirilə bilər və bu saziş SSR İttifaqı tərəfindən təsdiq edilməlidir. Buna görə də DQMV-nin Azərbaycan SSR tərkibindən çıxarılmasına və Ermənistan SSR tərkibinə daxil edilməsinə çağıran ayrı-ayrı ünsürlərin cəhdləri Konstitutsiya və hüquq normalarına ziddir.” Əslində, məqalədə qeyd edilən “ünsürlər” sözü ermənipərəst Qorbaçov və onun ətrafındakılara aid idi. Və bu, Murtuz müəllimin çox yüksək siyasi-hüquqi savadla Qorbaçov və onun havadarlarına verdiyi cəsarətli cavabı idi…
Deyirlər ki, insan dünyaya göz açdığı gün tale yazısı ilə bərabər, həyatdakı yaşam missiyası da müəyyən olunur. Murtuz Ələsgərov Allahın verdiyi ömür payını şərəflə yaşadı, missiyasını ləyaqətlə başa vurdu. Lakin onun bir nisgili, bir ağrılı arzusu da vardı: işğal altındakı torpaqlarımızın azadlığını görmək. Ən ülvi arzusu Zəfər gününü görmək idi. Və bütün görüşlərində, çıxışlarında, mötəbər kürsülərdəki nitqlərində bu problemin xalqımızın xeyrinə həll olunacağını səsləndirirdi. O, Ali Baş Komandanımızın rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad olunacağına çox inanırdı!
Bu düşüncələrlə əziz və hörmətli Murtuz müəllimin xatirəsinə ehtiramımı bildirərək, yazımı bu sözlərlə bitirmək istərdim: “Əziz Murtuz müəllim! Ruhunuz rahat olsun! Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə gündən-günə güclənən Azərbaycan tezliklə Böyük zəfərə imza atacaqdır! Xalqımız bugün Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqlarımızı qarış-qarış azad edərək, inamla irəli gedir. Bu yol Lələtəpədən, Günnütdən keçən Zəfər yoludur. Bu yol Cocuq Mərcanlıdan, Şuşaya, Xankəndinə, Laçına…. aparan qələbə yoludur! Bu yol çox uzundur, onun hüdudları zaman-zaman İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə itirilmiş dədə-baba ocaqlarımızdakı yurd yerlərindən keçir!..
Allah Sizə rəhmət eləsin, Murtuz müəllim…”
Məlahət İBRAHİMQIZI,
Milli Məclisin deputatı,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Previous Post

Murtuz Ələsgərov: Azərbaycanın parlaq gələcəyinə inanan böyük dövlət xadimi

Next Post

Xanəndənin ölümünün yeni təfərrüatı məlum olub

Bənzər yazılar

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

02 Noyabr 2026 - 17:59

Fransa Milli Tələbə İttifaqı (Unef) ölkədə noyabrın 3-ü və 5-də etiraz aksiyalarının keçirilməsinə çağırış edib. Elchi.az xəbər verir ki, bu...

Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

02 Noyabr 2026 - 16:00

Oleşkidəki humanitar əməliyyat bölgəyə yardımın çatdırılmasına və 800-ə yaxın insanın təxliyəsinə imkan yaradıb. Elchi.az xəbər verir ki, ABŞ-ın birinci xanımı...

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41

Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Elchi.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti...

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39

Azərbaycan Prezidenti İlham Əliyev əlcəzairli həmkarı Abdelmacid Tebbuna bu ölkənin 1 Noyabr – İnqilab Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Elchi.az...

Next Post
Xanəndənin ölümünün yeni təfərrüatı məlum olub

Xanəndənin ölümünün yeni təfərrüatı məlum olub

Xanəndənin ölümünün yeni təfərrüatı məlum olub

Xanəndənin ölümünün yeni təfərrüatı məlum olub

Son xəbərlər

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

02 Noyabr 2026 - 23:12
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

02 Noyabr 2026 - 23:09
“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

02 Noyabr 2026 - 21:40
HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

02 Noyabr 2026 - 20:41
Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub

Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub

02 Noyabr 2026 - 20:12
Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub

Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub

02 Noyabr 2026 - 20:10
Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar

Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar

02 Noyabr 2026 - 20:08
Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

02 Noyabr 2026 - 19:27
Kanar adalarına gedən yolda miqrantlar həlak olub

Kanar adalarına gedən yolda miqrantlar həlak olub

02 Noyabr 2026 - 18:56
ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

02 Noyabr 2026 - 18:37
Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

02 Noyabr 2026 - 18:30
Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

02 Noyabr 2026 - 18:21
“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

02 Noyabr 2026 - 18:14
Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

02 Noyabr 2026 - 17:59
SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

02 Noyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.