Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Olaf Şolts arasında görüş olacaq.
Elchi.az-ın məlumatına görə, bu barədə Almaniya Kanslerinin Prezident İlham Əliyevə seçkilərdə qalib gəlməsi münasibətilə göndərdiyi təbrikdə deyilir.
“Sizinlə Münxen Təhlükəsizlik Konfransında görüşəcəyimizə şadam”, – Olaf Şolts yazıb.
Qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransı fevralın 16-18 tarixlərində keçiriləcək.