“Yaxın Şərqdə hərbi əməliyyatlar bərpa olunarsa, Tehran Vaşinqtona yeni sürprizlər edə bilər”.
Elchi.az xəbər verir ki, bu fikirləri İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“Öyrənilən dərsləri və əldə edilən bilikləri nəzərə alsaq, müharibəyə qayıdış daha çox sürprizlər gətirəcək”,-deyə o, sosial mediada yazıb.
Əraqçi qeyd edib ki, İranla müharibə başlayandan bir neçə ay sonra ABŞ Konqresi milyardlarla dollar dəyərində onlarla təyyarənin itdiyini etiraf edib. O, iddia edib ki, İran silahlı qüvvələri çox qızışdırılan F-35 qırıcısını ilk vurub.
Yeganə





















