İnterpress.az Türkiyə mediyasına istinadən xəbər verir ki, Suriya İnsan Haqqları Təşkilatının (SNHR) yaydığı hesabatda, vətəndaş müharibəsinin nəsilləri məhv etdiyi ifadə edilərək, “4 ilə yaxın müddətdir davam edən qarşıdurmalarda 17 min 136 uşaq öldü.
Bunların 94-ü Əsəd rejiminin nəzarət altında olan mərkəzlərdə can verdi. Bu müddətdə həyatını itirən vətəndaşların sayı isə 121859-a çatdı.
Suriyadakı qarşıdurmalar əsnasında 375 mini uşaq 1 milyon 100 adamın yaralandığı qeyd edilən hesabatda, 19 min uşağın isə ən az bir orqanını itirdiyi ifadə edildi.
Ölkədəki ölüm və xəsarət yanında təhlükəsizlik səbəbiylə evlərini tərk etmək məcburiyyətində qalanlara aid məlumatların da yer aldığı hesabatda, 2 milyon 300 min uşağın zəruri köçə məruz qaldığı bildirildi.