Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin nəticəsi ləğv edilən dairələr və pozuntulara yol verən məntəqələrlə bağlı hansı tədbirlər görəcəyini açıqlayıb.
“Report”un xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov bildirib ki, MSK-nın seçki qanunvericiliyini pozan subyektlər haqqında qərar vermək hüququ var:
“Hazırda hansı komissiyalarda və kimlər tərəfindən hansı qanun pozuntularına yol verilməsi araşdırılır. Onlar haqqında yekun protokol Konstitusiya Məhkəməsinə göndərilməzdən əvvəl müzakirələr aparacağıq. Pozuntulara yol verənlərin hər biri haqqında Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tədbirlər görüləcək”, – MSK katibi əlavə edib.
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş geyim tələblərinin icra vəziyyətinin öyrənilməsi...



















Son şərhlər