Stepanakert-Qoris avtomobil yolunun bağlanması 9 noyabr sənədinin icrasıdır.
Elchi.az xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyan Ermənistanın News-NEWS.am saytına müsahibəsində bildirib.
“Vəziyyət narahatedicidir, amma düşünürəm ki, danışıqlar nəticəsində yolu açmaq mümkün olacaq. Heç kim sadəcə olaraq erməni tərəfini, qismən də “Artsax” hakimiyyətini nəzərə almır. Əslində 9 noyabr tarixli sənəd özünü hiss etdirir. Bu sənədə görə, “Artsax” Azərbaycanın bir hissəsidir, lakin hər şeyi dəyişdirmək olar. Kimin və necə dəyişə biləcəyini deyə bilmərəm?” – deyə Akopyan bildirib.
Onun sözlərinə görə, “Artsax” hakimiyyətinin Təhlükəsizlik Şurasının iclasının çağırılması üçün BMT-yə müraciəti heç bir nəticə verməyəcək.
Şayəstə