İsrailin xarici kəşfiyyat agentliyi Mossad və İsrail Milli Sığorta Agentliyinin internet saytlarında kiberhücumlar qeydə alınıb.
Elchi.az xəbər verir ki,Yedioth Ahronoth qəzetindəki xəbərdə İsrailin müxtəlif rəsmi qurumlarının internet saytlarının “Anonim Sudan” adlı haker qrupunun kiber hücumuna məruz qaldığı bildirilib .
Mossad və İsrail Milli Sığorta Agentliyinin internet saytlarına daxil olmaq mümkün olmadığı qeyd edilən xəbərdə, kiberhücumun “Anonymous Sudan” haker qrupu tərəfindən üzərinə götürüldüyü bildirilib.
“Anonim Sudan” qrupu da Telegram hesabında “Bu hücum böyük hücuma hazırlıqdır” açıqlamasını verib.
Mossad mövzu ilə bağlı açıqlama verməsə də, İsrail Milli Sığorta Agentliyi rəsmi internet saytının sındırıldığını təsdiqləyib.
Nuranə Məmmədova