Stokholm onların fəaliyyətini Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına zidd olaraq tanıyıb.
Elchi.az xəbər verir ki, İsveçin xarici işlər naziri Tobias Billström bildirib ki, İsveç hakimiyyəti beş rus diplomatını persona non-qrata elan edib.
“Onların ərazimizdəki fəaliyyəti onların diplomatik statusu ilə bir araya sığmırdı”, o, SVT telekanalına müsahibəsində Stokholmun qərarını izah edib.
İsveç Xarici İşlər Nazirliyinin rəhbərinin aydınlaşdırdığı kimi, çərşənbə axşamı, aprelin 25-də departament Rusiya səfiri Viktor Tatarintsevi çağırıb. Ona məlumat verilib ki, “Rusiyanın İsveçdəki səfirliyinin beş əməkdaşı Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun gəlməyən fəaliyyətlərinə görə ölkəni tərk etməyə məcbur olub”.
Şayəstə Hüseynova