Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın ikinci iclası yaxın vaxtlarda Moskvada keçiriləcək.
Elchi.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.
“Azərbaycan və Ermənistanın ayrı-ayrı sərhəd rayonlarında təkrarlanan insidentlər, problemlər sərhədlərin delimitasiyası üzrə komissiyanın sistemli və müntəzəm işinin aktuallığını və zəruriliyini təsdiqləyir”, – Zaxarova deyib.
Onun sözlərinə görə, Rusiya mayın 24-də tərəflərin razılaşdırdığı delimitasiya komissiyasının ikinci iclasını Moskvada keçirməyə çox yaxın vaxtlarda hazırdır.
M.Zaxarova deyib eyni zamanda, üç ölkə liderinin 26 noyabr 2021-ci il tarixli Soçidəki bəyanatında qeyd edildiyi kimi, sərhəddə sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımların atılması vacibdir.