"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Moskva Ermənistanın “ipini yığır” – yeni Qarabağ tələsi…

09 Fevral 2017 - 09:14
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

Məkkə sazişinə qoşulanların sayı arta bilər

 Moskva Ermənistanın “ipini yığır” - yeni Qarabağ tələsi...İşğalçı ölkə tarixində ən saxta seçkilərin keçirilməsi gözlənilir; parlamentli respublikada ilk erməni parlamenti bütünlüklə Kremlin nəzarəti altına düşə bilər; Qarabağətrafı situasiyada da keyfiyyət dəyişikliyi istisna deyil…

 
Ermənistanda parlament seçkiləri kampaniyası getdikcə qızışır. Bunun bir əlaməti də deputat mandatlarına iddia edən rəqib siyasi qüvvələrin bir-birinə qarşı sərt və kompromat xarakterli ritorika sərgiləməyə başlamasıdır. Təbii, təbliğat mübarizəsində Dağlıq Qarabağ mövzusu da önəmli yer tutur.
 
Yada salaq ki, aprelin 2-də gözlənilən parlament seçkiləri ilə Ermənistan parlamentli üsul-idarəyə keçəcək. Yəni prezidentin səlahiyyətləri parlamentin seçəcəyi yeni baş nazirin xeyrinə kəskin azalacaq. Faktiki, prezident sırf dövləti təmsil edən formal fiqura çevriləcək – təxminən Gürcüstandakı kimi.  
***
Şübhə yox ki, Rusiya öz satelliti və Cənubi Qafqazdakı yeganə forpostu kimi Ermənistanda bu seçkiləri ən çox diqqətdə, əslində isə nəzarətdə saxlayan ölkədir. Bir səbəb artıq deyildi – yeni dönəmdə ilk parlamentin Ermənistanın siyasi həyatında, o cümlədən xarici siyasət kursunun müəyyənləşməsində rolu artacaq. İkinci motiv təzə parlamentdə anti-Rusiya qüvvələrinin sanballı güc təşkil etməsini əngəlləməklə bağlıdır.
Related image
Sirr deyil ki, son illər İrəvanda qərbyönlü qüvvələr əhəmiyyətli dərəcədə fəallaşıb. Bu, özünü keçən ilin yayında Sərkisyan rejimi əleyhinə silahlı qiyam zamanı qabarıq göstərib. O vaxt ABŞ səfirliyi, yerli qərbyönlü media və qərbyönlü ekspertlər çevrəsi qiyamçıları açıq şəkildə dəstəkləmişdilər. Bunun nəticəsi olaraq da prezident V.Putin Qarabağ məsələsində irəliləyiş naminə Sərkisyana hansısa təzyiq göstərməkdən vaz keçdi…
Bu və digər səbəbdən səsvermə günü yaxınlaşdıqca Rusiyanın seçkilərdə “barmaq izləri” də artacaq. Artıq yerli analitiklərin bir çoxu bu tendensiya barədə danışmağa başlayıblar. Məsələn, qərbyönlü erməni politoloq, Ermənistan Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri David Şahnazaryan tert.am saytına açıqlamasında deyib ki, “hələ indiyədək Moskvanın Ermənistandakı seçkiyə bu qədər yüksək səviyyədə qoşulması müşahidə edilməyib” (axar.az).
Image result for Sargsyan minval.az
Politoloq deyib: “Bu seçkinin daha bir özəlliyi siyasi fikir ayrılıqlarının olmamasıdır. Əvvəllər Ermənistanı Avropa modelinə bənzər dövlət şəklində görmək istəyən qüvvələr artıq bu məsələdə ciddi kompromisə gediblər. Buna görə də Ermənistanı Avropa dövləti kimi görmək istəyən kontingent yumşaq şəkildə desək, seçkidə aktiv iştirak etməyəcək. Üstəlik, seçkidə iştirak edən blokların çoxu özlərinin hakimiyyətdən yaxşı olduğunu göstərməyə belə cəhd etmirlər. Bu mənada onlar yalnız deyirlər ki, biz gələcəyik və hər şey yaxşı olacaq. Moskva üçün Ermənistanda ən böyük problem ölkədə anti-Rusiya əhval-ruhiyyəsinin artmasıdır. Qarşıdakı seçki vasitəsilə Moskva bu məsələni həll etməyə çalışır. Bir sözlə, yeni parlament daha çox Dumaya bənzəyəcək. Yəni burada siyasi müxalifət olmayacaq. Ən yaxşı halda parlamentə bir neçə müstəqil deputat buraxacaqlar. Ermənistanın siyasi sistemi ciddi problemdir və seçkidə iştirak edən siyasi subyektlər də bu problemin həlli yox, bir hissələridir. Bu seçki vasitəsilə Moskvanın Ermənistanın daxili siyasi proseslərinə təsiri artacaq. Yeni parlament Ermənistanın daxili siyasi stabilliyini stimullaşdıran orqan olmayacaq. Məncə, Moskvanın təsiri ilə yeni ictimai və hökumətdaxili ciddi silkələnmələr yaşanacaq”, – politoloq bildirib.
Image result for Sargsyan minval.az
***
Vaxtilə təhlükəsizlik məsələləri ilə məşğul olmuş erməni ekspertin fikirlərindən belə qənaət hasil olur ki, Rusiya bu seçkilərlə həm də Ermənistana tələ hazırlayır, onun “ipini yığmağa” hazırlaşır. O mənada ki, yeni parlament Dumaya bənzəyəcəksə, orada rus qafalılar böyük əksəriyyət təşkil edəcəksə, – görünür ki, belə də olacaq, – o halda Kreml həmin “Duma” vasitəsilə ölkədaxili situasiyanı daha asan manipulyasiya edə, daxili duruma daha effektli təsir göstərə biləcək. Ən önəmlisi, Dağlıq Qarabağ məsələsində Moskva Ermənistan üzərində əvvəlkindən daha güclü söz sahibinə çevrilmiş olacaq.   
Bu, həmçinin o anlama gəlir ki, Qərbin, NATO-nun bölgədə getdikcə güclənməsi fonunda Kreml işğalçı ölkəyə növbəti və mühüm siyasi təzyiq rıçaqı əldə etmiş olacaq. Azərbaycanın maraqları, Qarabağ problemi, sülh yoxsa müharibə məsələsi baxımından bu, yaxşıdır, ya pis – yəqin ki, bir qədər gözləmək lazım gələcək…
 
Image result for Ermənistan Parlamenti
***
Politoloq Rasim Musabəyov da Ermənistanda qarşıdakı parlament seçkisinə Rusiyanın müdaxiləsini real sayır. “Doğrudur, hazırda müxalifət aktivləşib. Ancaq Ermənistanda fövqəladə hadisə baş verməsə, böyük ehtimalla, Serj Sərkisyanın Respublikaçılar Partiyası parlamentdə çoxluğu qoruyub saxlaya biləcək. Sərkisyan da, indiki baş nazir də birbaşa Rusiyanın adamıdır. Faktdır ki, bu gün Ermənistanda Rusiyanın adamı olmayan çox az siyasətçi var”, – politoloq qeyd edib.
Image result for Rasim Musabəyov
Lakin rusiyayönümlü siyasətçilər də eyni cür sədaqətli, etibarlı deyil. Onları hamıdan yaxşı elə məhz Kreml yetkililəri tanıyır. Bu mənada seçkidən sonra gizli qərbpərəstlərin sırasının incik düşən rusiyapərəstlərin hesabına genişlənəcəyi də istisna deyil. Unutmaq olmaz ki, ABŞ hər zaman bu prosesi həvəslə körükləyib, bundan ötrü böyük məmnuniyyətlə maliyyə dəstəyi verib. Odur ki, 2 apreldən sonra Ermənistanda kritik proseslərin başlaması da mümkün görünür.
Previous Post

Moskva Ermənistanın “ipini yığır” – yeni Qarabağ tələsi…

Next Post

Türkiyənin Əl Baba girməsinə ABŞ-dan – Reaksiya

Bənzər yazılar

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda canlı arı pətəklərinin içərisindəki şanların arasına gizlədilmiş vəziyyətdə 91,1 kq narkotik vasitə ələ keçirilib. Elchi.az...

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32

İtaliyanın Qarda gölü yaxınlığındakı çadır düşərgəsində baş verən yanğın nəticəsində 10-dan çox insan xəsarət alıb. Elchi.az xəbər verir ki, bu...

Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın imzaladığı Məkkə sazişinə altıdan çox ölkə qoşulmaq istəyir. Elchi.az "Haber Global"a istinadən xəbər verir ki,...

İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55

İran ABŞ-nin irəli sürdüyü təklifə cavabını Qətər vasitəsilə Amerika tərəfinə çatdırıb və bununla da nüvə proqramı ilə bağlı müzakirələrin yenidən...

Next Post

Türkiyənin Əl Baba girməsinə ABŞ-dan - Reaksiya

Türkiyənin Əl Baba girməsinə ABŞ-dan - Reaksiya

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.