“Rosoboroneksport” şirkəti xarici tərəfdaşlarla ümumilikdə 40-50 ədəd İl-76MD-90A hərbi-nəqliyyat təyyarəsi üçün danışıqlar aparır. Elchi.az TASS-a istinadən xəbər verir ki, modernləşdirilmiş İl-76-nın ixrac perspektivlərini xüsusi ixracatçının baş direktoru Aleksandr Mixeyev açıqlayıb.
“Maraq çoxdur. Təbii ki, ölkələrin adlarını çəkmək istəməzdim. Lakin o cümlədən bu regiondan belə hərbi nəqliyyat təyyarələri parkına sahib olmaq istəyən ölkələr, MDB ölkələri, Cənub-Şərqi Asiya ölkələri. İndiyə qədər danışıqlar aparan mövqedə yeni mühərriklərə, yeni qanadlara, yeni avadanlıqlara, yeni uçuşa, texniki və taktiki xüsusiyyətlərə malik 40-dan 50-dək İl-76MD təyyarəsi var.
Havar Şəfiyeva