Ukrayna Ali Məhkəməsi Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi üzrə cinayət işi bağlanıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, məlumatı Ali Məhkəmənin saytı yayıb.
Bildirilib ki, məhkəmə Ukrayna Prezidenti Vladimir Zelenskinin 2019-cu il mayın 28-də imzaladığı fərmana əsasən, Mixeil Saakaşvilinin vətəndaşlığının bərpa edilməsi haqqında qərar qəbul edib. Bu qərardan Ukrayna Ali Məhkəməsinin Böyük Palatasına şikayət edilə bilər.
Qeyd edək ki, Ukraynanın keçmiş prezidenti Petro Poroşenko 2017-ci ilin oktyabrında Mixeil Saakaşvilini ölkə vətəndaşlığından məhrum edilməsinə dair fərman imzalamışdı.
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın administrasiyasının Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib....




















Son şərhlər