MİT-in Suriya və Şimali İraqda həyata keçirdiyi nöqtə əməliyyatlarında təhlükəsizlik qüvvələrinə minaatan hücumlarını təşkil edən PKK üzvü Osman Mutlu 1 cangüdəni və sözdə təbliğat işçisi Songül Tarıncı 2 mühafizəçi ilə zərərsizləşdirib.
Elchi.az xəbər verir ki, MİT İraq-Duhok-Qara bölgəsində həyata keçirdiyi əməliyyatla terror təşkilatının təbliğatının aparıldığı materialların hazırlanması və yayılmasından məsul olan Roza Kod Songül Tarıncı zərərsizləşdirib.
Songül Tarıncı 2010-cu ildə təşkilatın şəhər fəaliyyətləri çərçivəsində müxtəlif vəzifələr götürüb. 2013-cü ildə Diyarbəkirdən təşkilatın kənd heyətinə qatılan Songül Tarıncı silahlı təhsilini başa vurduqdan sonra Suriyaya təyinat alıb. Suriyada təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlara qarşı hərəkətlərə qatılan Songül Tarıncı zərərsizləşdiriləcək kritik hədəflər siyahısına daxil edilib.
Songül Tarıncı 2018-ci ildə təşkilatın təbliğat fəaliyyətinin təşkil olunduğu kameraya rəhbərlik edib. Suriyadan İraqın Qara bölgəsinə təyinat alan Songül Tarıncı təşkilatın terrorçulara silahlı və ideoloji təhsil verdiyi Apollon Akademiyaları daxilində məsul səviyyədə fəaliyyətə başlayıb.
Şayəstə