Misir-Amerika birgə arxeoloji missiyası Misirin Minya şəhərinin cənubunda aparılan qazıntılar zamanı firon II Ramzesin nəhəng heykəlinin yuxarı hissəsini aşkar edib.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
Heykəlin təxminən 3,8 metr hündürlüyü olan əhəngdaşı fraqmentində kral kobrası ilə tac qoyulmuş oturmuş Ramzesin təsviri var.
Heykəlin arxasındakı sütunun üstündə qədim Misirin ən güclü fironlarından biri olan şahı vəsf edən heroqliflər təsvir olunub.
Heykəlin bir neçə onilliklər əvvəl qazılmış alt hissəsi ilə birlikdə ölçüsü təxminən 7 metrə çatır.
Misir Qədim Əsərlər Ali Şurasının rəhbəri Mustafa Vəziri bildirib ki, araşdırmalar təsdiqləyib ki, heykəlin yuxarı hissəsi 1930-cu ildə alman arxeoloqu Günter Reyder tərəfindən aşkar edilmiş aşağı hissə ilə üst-üstə düşür. Missiya heykəlin iki hissəsini birləşdirmək üçün bloku təmizləməyə və hazırlamağa başlayıb.
Yeganə