Misir Qəzza zolağından gələn qaçqınlar üçün dəhlizlər açmayacaq.
Elchi.az “RİA Novosti” yə istinadən xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti Misir təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
“The Jerusalem Post” yazır ki, Misir Qəzza zolağı ilə sərhəddən humanitar yardımın çatdırılması planlarını ABŞ və digər ölkələrlə müzakirə edib, lakin qaçqınlar üçün təhlükəsiz dəhlizlərin yaradılması üçün tədbirlər görməkdən imtina edib.
Qəzetin həmsöhbətlərindən biri belə izah edib ki, Misir bu yolla “fələstinlilərin öz iddialarına və torpaqlarına sahib çıxmaq hüququnu” qorumaq istəyir.
Nuranə Məmmədova